Əsas Səhifə > Cəmiyyət, Manşet > ZİYA MƏMMƏDOV OLİQARXLARA DƏSTƏK VERƏCƏK

ZİYA MƏMMƏDOV OLİQARXLARA DƏSTƏK VERƏCƏK


14-11-2012, 12:06
ZİYA MƏMMƏDOV OLİQARXLARA DƏSTƏK VERƏCƏK
NN ŞEFİ DƏ «RUS LAYİHƏSİ»NƏ CƏLB OLUNUR

DİA.AZ: - Rəsmi Moskvanın Azərbaycana təzyiqinin növbəti etapı kimi diqqətə gələn Rusiya Azərbaycan Təşkilatları İttifaqında birləşən oliqarxlar arasında məşhur iş adamı Telman İsmayılovun adamının da yer alması məlum proseslərə Azərbaycanın Nəqliyyat Naziri Ziya Məmmədovun da cəlb olunması prosesini asanlaşdırıb.

Bildirək ki, qurumun rəhbəri kimi təqdim olunan baş nazirin keçmiş birinci müavini Abbas Abbasov həm də Telman İsmayılovun sahibi olduğu «AST» Şirkətlər Qrupunun vitse-prezidentidir. Telman İsmayılov isə nəqliyyat naziri Ziya Məmmədovun ən yaxın dostu hesab olunur və hətta bildirilir ki, zamanında «AST» şirkətinə rəsmi Moskva tərəfindən qoyulan qadağanın aradan qaldırılmasında Abbas Abbasovla çiyin-çiyinə verən şəxs məhz Ziya Məmmədov olub.

Bu gün isə Ziya Məmmədova yaxın çevrə demək olar ki, YAP iqtidarı ilə üz-üzə mövqedə dayanıb. Belə olan təqdirdə hər zaman Ramiz Mehdiyevin yanında görməyə vərdiş etdiyimiz Ziya Məmmədov necə davranacaq? Hər halda, bu sualın cavabı asanlıqla verilə bilər. Nazirlər Kabinetindəki bilgili qaynaqlardan daxil olan informasiyada qeyd olunur ki, son zamanlar bir sıra hakimiyyət mətbuatında Ziya Məmmədova və onun oğluna qarşı edilən hücum həmlələri də təsadüfi deyil:

«Artıq Ziya Məmmədov da işin içindədir. Və rəsmi Moskva onu da proseslərə cəlb edərək YAP iqtidarını fakt qarşısında qoymaqdadır. Eyni zamanda belə bir arsenalı ilə Kreml Azərbaycan hakimiyyətini öz maraqlarının icrasına vadar etməyə çalışır».

Mənbəmiz onu da bildirdi ki, bu günlərdə Ziya Məmmədovun Rusiya paytaxtına qeyri-rəsmi səfəri də gözlənilir: «Bu səfər zamanı NN şefi RATİ-nin rəhbərliyi ilə bir araya gələcək. Və onun Bakıya dönüşündən sonra hansı qərarların verildiyini asanlıqla müəyyən edə biləcəyik».

Geri qayıt