Əsas Səhifə > Dünya > NATO-DAN GÜRCÜLƏRƏ DƏSTƏK

NATO-DAN GÜRCÜLƏRƏ DƏSTƏK


11-11-2011, 11:05
NATO-DAN GÜRCÜLƏRƏ DƏSTƏK

“ABXAZİYA VƏ CƏNUBİ OSETİYA GÜRCÜSTANIN TƏRKİBİNDƏ QALACAQ”

“Abxaziya və Cənubi Osetiya Gürcüstanın tərkibində qalacaq”. Gürcüstana səfər edən NATO baş katibi Anders Foq Rasmussen noyabrın 10-u Batumidə keçirdiyi mətbuat konfransında belə deyib.

“Media forum” saytı xəbər verir ki, alyansın rəsmi mövqeyini ifadə etdiyini vurğulayan Anders Foq Rasmussen Gürcüstanın Abxaziya və Cənubi Osetiyaya qarşı güc tətbiq etməyəcəyi vədini alqışlayıb: “Bu məsələdə NATO-nun mövqeyi dəqiqdir – Abxaziya və Cənubi Osetiya Gürcüstan əraziləridir və bu dövlətin tərkibində qalacaq. Alyans bu münaqişələrin həllini yalnız dialoqda görür”.

Abxaziya SSRİ zamanında Gürcüstanda muxtar respublika, Cənubi Osetiya isə muxtar vilayət olub. SSRİ dağılan ərəfədə özlərini müstəqil elan ediblər. Rusiya və daha bir neçə ölkə onları müstəqil dövlət kimi tanıyıb.


Geri qayıt