Əsas Səhifə > Dünya > İRANDA HƏRBİ HELİKOPTER QƏZAYA UĞRADI

İRANDA HƏRBİ HELİKOPTER QƏZAYA UĞRADI


14-11-2012, 11:05
İRANDA HƏRBİ HELİKOPTER QƏZAYA UĞRADI
HADİSƏ YERİNƏ XÜSUSİ QRUP GÖNDƏRİLİB

Çərşənbə günü səhər İranın Xosrov Rəzəvi əyalətində hərbi helikopter qəzaya uğrayıb. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verib.
Xosrov Rəzəvi əyalətinin aeroportlarının rəhbəri Səid Çelandari qəzaya uğrayan helikopterin İran ordusuna məxsus olduğun qeyd edib.
Onun sözlərinə görə, helikopterin düşdüyü yerə yaralılara yardım edilməsi və həlak olanların aşkar edilməsi üçün xüsusi qrup göndərilib.
Xosrov Rəzəvi ordunun, İİKK və "Bəsic" könüllü dəstələrinin "Vilayət-4" təlimlərinin keçirildiyi səkkiz əyalətdən biridir.

Geri qayıt