Əsas Səhifə > Güney Press, Araşdırma > "ELŞAD ABDULLAYEV XƏSTƏ VƏ MANYAK ADAMDI"

"ELŞAD ABDULLAYEV XƏSTƏ VƏ MANYAK ADAMDI"


14-11-2012, 10:01
"ELŞAD ABDULLAYEV XƏSTƏ VƏ MANYAK ADAMDI"
MƏTANƏT İSGƏNDƏRLİNİN BACISINDAN ŞOK AÇIQLAMALAR

Əməkdar artist Mətanət İsgəndərlinin bacısı Təranə İsgəndərli Elşad və Mahir Abdullayev qardaşları ilə bağlı AzNews.az-a danışıb. T.İsgəndərlinin müsahibəsini sizə təqdim edirik.

- Bu gün Mətanət İsgəndərli ABU rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işi üzrə şahid qismində ifadə vermək üçün istintaqa çağrılıb. Mətanət xanıma hansı suallar verilib?

- Artıq bu məsələylə bağlı danışmaqdan yorulmuşam. Mənə hələ çatmır ki, bu nə məsələdir? Sual veriblər ki, tanıyırsan? Hə, tanıyıram, filan vaxt görmüşəm və s.

- Bir-birlərinin evlərinə qonaq gediblərmi?

- Qonaq gediblər deyəndə... yox, sadəcə tanımışıq, salam vermişik. Burada nə var ki?

- Mətanət xanımın həbsi gözlənilirmi?

- Nə?! Bu, boş söhbətlərdi. Nəyə görə gözlənilməlidir? Nə edib ki? Hər hansısa ağzı göyçəyin sözünə görə? Kimsə kiməsə böhtan atacaq deyə həbs edirlər? O adam böhtan atır.

- Elşad Abdullayev müsahibələrinin birində deyib ki, Mahir Abdullayevi Mətanət İsgəndərlinin evindən aparıblar.

- Yalan deyir. Böhtan atır da... yalana, böhtana görə kimi həbs ediblər?

- Mətanət xanımın Elşad Abdullayevlə münasibətləri və yaxud hər hansı işbirliyi olubmu?

- Heç bir əlaqəsi olmayıb.

- Bəs istintaq zamanı adıçəkilən şəxslərlə əlaqəsi olubmu?

- Yox, yox.

- Maraqlıdır, hansı səbəblə Mətanət xanımı istintaqa cəlb ediblər?

- Sualı ona vermək lazımdır ki, a bala, nə səbəblə... nəyə görə, belə edirsən?

- Demək olar ki, siz Mətanət xanımın həm bacısı, həm də menecerisiniz. Çünki tədbirlərdə hamı sizi onun yanında görür. Bəs sizin bu məsələyə münasibətiniz necədir?

- Mənə gülməli gəlir ki, nə qədər boş-boş söhbətlərə görə adamı narahat etmək olar?

- Onda elə açıqlama verin ki, bu qədər yayılan, yazılan söz-söhbətlərə son qoyulsun.

- Axı nə açıqlama verim? Açıqlama verib onu deyə bilərəm ki, bu insan böhtan atır. Mənə hələ də çatmır ki, bu nə məsələdir? Bu insanın böhtan atdığını açıqlayıram. Heç mən Elşadı tanımıram. Bilmirəm ki, o kimdir, nəçidir, nə millətidir, nədir o? Xəstə və manyak adamdır. Ağzına gələni danışıb. O, hər şey deyə bilər. Deməli onun dedikləri düzdür, hə? 10 il bundan əvvəl Mahir itib. Bunun istintaqı olub. Hər şey yoxlanılıb. İndi yenidən... deməli, Azərbaycanda qanun yoxdur? 10 il əvvəl bu məsələyə baxılıb, hamını yoxlayıblar. İndi günahkar olmamışıq ki, biz bu insanı tanımışıq, salam vermişik. Deməli, Mahiri tanıyan bütün insanları həbs etmək lazımdır? O, kimlərə böhtan atıb onların hamısını həbs etmək lazımdır?

- Hazırda Mətanət xanımın vəziyyəti necədir?

- Çox gözəl, çox qəşəng. Niyə özünü pis hiss etməlidir ki? Axı nəyin günahkarıdır ki, nəyə görəsə də narahat olsun? Aydan arıyıq, sudan duruyuq. Təmizik. Ona görə də çox rahatıq, sakitik. Bizim onlara heç aidiyyatımız yoxdur. Heç bir günahımız, problemimiz yoxdur. Ona görə də Allah və insanlar qarşısında da çox rahatıq.

- Mətanət İsgəndərlinin bu iş üzrə istintaq bitənədək ölkəni tərk etməməsiylə bağlı qərar verilib...

- Bilmirik. Vallah, bizim heç nədən xəbərimiz yoxdur.

Geri qayıt