Əsas Səhifə > Şou-biznes > FAİQ AĞAYEV NİYƏ DUYĞUSALLAŞIB?

FAİQ AĞAYEV NİYƏ DUYĞUSALLAŞIB?


14-11-2012, 09:41
FAİQ AĞAYEV NİYƏ DUYĞUSALLAŞIB?
XALQ ARTİSTİ SƏHNƏDƏ YUBİLYEİNİ QEYD EDİB

Salyan şəhərində Konstitusiya Günü və YAP-ın 20 illiyinə həsr olunmuş təntənəli bayram konserti keçirilib. Tədbirə dəvət alanlar arasında xalq artisti Faiq Ağayev də olub. Konsertin yüksək səviyyədə, peşəkarcasına təşkil olunduğunu və minlərlə tamaşaçının marağına səbəb olduğunu bildirən xalq artisti düşüncələrini oxumeni.az-la bölüşüb. F.Ağayev səhnə fəaliyyətinin 25 ili tamam olmasına baxmayaraq, həmişəki kimi tamaşaçı məhəbbəti qarşısında məsuliyyət hiss etdiyini bildirib:

“Orada sadə tamaşaçılardan gördüyüm səmimi münasibət məni duyğulandırdı. Səhnədə 25 il olmağıma rəğmən, hələ də bu hal mənim üçün adiləşməyib. Bunları sizə söyləməyimin səbəbi məqalə dərc olunması ilə bağlı deyil. Sadəcə, duyğularımı bölüşmək istədim”.

Geri qayıt