Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “AZERINEWS.ORG”UN TƏSİSÇİSİ DƏYİŞDİ

“AZERINEWS.ORG”UN TƏSİSÇİSİ DƏYİŞDİ


14-11-2012, 09:26
“AZERINEWS.ORG”UN TƏSİSÇİSİ DƏYİŞDİ
NAMİQ CƏFƏRLİ YENİ LAYİHƏLƏRƏ BAŞLAYIR

DİA.AZ: - “AzeriNews.org” xəbər portalının təsisçisi dəyişib. Bu barədə DİA.AZ-a portalın artıq keçmiş təsisçisi və baş redaktoru Namiq Cəfərli məlumat verib. O saytdan gedişinin səbəbini yeni layihələrlə izah edib:

"Bu sayt mənim üçün mətbuat sahəsində sınaq idi. Biz qısa müddətdə “AzeriNews.org"u populyarlaşdıra bildik. Bu isə bizə daha iri layihələrə başlamaq stimulu verdi. Nəzərdə tutulan layihələri həyata keçirmək üçün ciddi işə başlamışıq. Paralel olaraq “AzeriNews.org"u idarə etmək işimizi çətinləşdirdiyinə görə, qərara aldıq ki, bu saytı işlədə biləcək bir şəxsə verək. Artıq mənim bu sayta heç bir aydiyyatım yoxdur. Saytın kollektivinə gəlincə isə yeni rəhbərliklə işləyib işləməyəcəyi onların verəcəyi qərardan aslıdır."

Geri qayıt