Əsas Səhifə > Gündəm, Manşet > SUMQAYITDA VETERANLARIN ŞOK DAVASI

SUMQAYITDA VETERANLARIN ŞOK DAVASI


14-11-2012, 09:22
SUMQAYITDA VETERANLARIN ŞOK DAVASI
RƏQİBLƏRİ MÜBARİZ QULİYEVİN MÜHARİBƏDƏ OLMADIĞINI İDDİA ETDİLƏR

DİA.AZ: - Məlum olduğu kimi, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) Sumqayıt şəhər təşkilatının sədri Mübariz Quliyev və bir qrup müharibə veteranı arasında konfilikt yaşanmaqdadır. Bildirək ki, bu konfliktin episentrində olan Mübariz Quliyevlə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub.

Bu barədə DİA.AZ-a məlumatı verən mənbə iddia edir ki, özünü AVMVB-nin sədri elan edən M.Quliyevin hazırkı sədrliyi legitim deyil:

“Bu insan rəhbərlik etdiyi posta seçilməyib, təyin olunub. Füzuli Rzaquliyev tərəfindən həyata keçirilən bu təyinat M.Quliyevi Sumqayıt veteranının “ağsaqqalına” çevirib. İşin ən acınacaqlı tərəfi isə budur ki, bu gün AVMVB-nin Sumqayıt şəhər təşkilatının sədri vəzifəsində fəaliyyət göstərən Mübariz Quliyev özünü müharibə veteranı, Qarabağ savaşının iştirakçısı kimi təqdim etsə də, əslində bu şəxsin müharibə veteranı kimi Qarabağ savaşı ilə heç bir əlaqəsi yoxdur. N.Quliyev nə SSRİ, nə də Azərbaycan Respublikası Sillahlı Qüvvələrində həqiqi hərbi xidmət keçməmiş, Qarabağ savaşında heç bir nizami hərbi birləşmədə işttirak etməmişdir.

M.Quliyevin şəxsi işində hərbi xidmətə yararsız olması ilə bağlı müvafiq müddəa vardır. Lakin nə qədər qəribə olsa da bu şəxsin könüllü olaraq guya Tovuzun Əlibəyli kəndi uğrunda gedən döyüşlərdə iştirakı göstərilir ki, bu da absurtddur. Çünki hər kəs yaxşı bilir ki, həqiqi hərbi xidmətə fiziki qüsuru səbəbilə çağırılmayan və hərbi xidmətdən azad edilən bir şəxsin hansısa hərbi məliyyatda iştirak etməsi və yaralanması mümkün deyil. Əgər bu şəxs doğrudan da müharibədə iştirak etmək potensialına malik olsaydı o zaman nizami orduya çağırılar və qanunvericiliyə uyğun olaraq həqiqi hərbi xidmət keçərdi”.

Onu da bildirək ki, məlumatı verən mənbə Mübariz Quliyevin əlilliyini də şübhəyə alan iddialarla çıxış edib: “M.Quliyevin əlilliyinin Qarabağ savaşı ilə hər hansı bir formada əlaqəsi yoxdur. M.Quliyevin əlilliyinin kökündə onun biznes maraqları çərçivəsində yaşadığı münaqişə dayanır. Bu şəxs məhz həmin münaqişə nəticəsində xəsarət almış, daha sonra bu xəsarəti qarabağ savaşında iştirakını təsdiq edən dəlil kimi rəsmiləşdirməyə çalışmışdır. Halbuki, M.Quliyevin Qarabağ savaşında iştirak etmədiyini həm rəsmi sənədlər, həm də digər müharibə iştirakçılarının şahidliyi əsasında təsdiq etmək mümkündür”.

Daha sonra Mübariz Quliyevin barəsində mnbəmiz aşağıdakıları iddia edir: “M.Quliyev bu gün özünü Qarabağ əlili kimi təqdim etməyə çalışsa da, əslində sözügedən şəxsin bugünkü sərvəti onun binəyi-qədimdən işbaz olduğunu təsdiq edir. Bu gün minlərlə müharibə veteranının dilənçi günündə yaşadığı bir zamanda M.Quliyevin hədsiz cəh-cəlala malik olması həqiqətnin isbatı kimi bu şəxsin sahib olduğu sərvətin cüzi bir qismini diqqətinizə çatdırırıq:

1.Sumqayıtın dənizknarı parkındakı “Turan” ailəvi istirahət mərkəzi

2. “Gəncə” restoranı

3. “Yumurcan” uşaq bağçası

4. “Lider” lahmacun

5. 12 saylı marşurutlar

6. 9-cu mikrorayon ərazisində mini sexlər

7. 34-cü kvartalın tinində müasir tipli köşk

8. Novxanı, Corat və s. ərazilərdə böyük torpaq sahələri və s”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Bizi izləməkdə davam edin...

Geri qayıt