Əsas Səhifə > Hadisə > FUTBOLÇULARDAN BİRİNİN ADI CİNAYƏTDƏ HALLANIR

FUTBOLÇULARDAN BİRİNİN ADI CİNAYƏTDƏ HALLANIR


11-11-2011, 10:58
FUTBOLÇULARDAN BİRİNİN ADI CİNAYƏTDƏ HALLANIR

ÖLÜMLƏ NƏTİCƏLƏNƏN «RAZBORKA»NIN ŞAHİDİ KİMDİR?

Aldığımız məlumata görə, Azərbaycanın aparıcı klublarından birinin top qovan tanınmış futbolçusunun adı cinayət işinə qarışıb. Məlumatlarda iddia olunur ki, bu yaxınlarda Bakı polisinə çağırılan həmin futbolçudan izahat belə alanıb.

Məlumatda deyilir ki, sözügedən idmançı bir qədər əvvəl paytaxtda baş vermiş qanlı olayın iştirakçısı olub. Belə ki, o, iki dəstə arasında gedən silahlı «razborka»da tərəflərdən biri olub və hadisələrə şahidlik edib. Ölümlə nəticələnən hadisədə adı çəkildiyindən paytaxt polisində ondan izahat alınıb.

Barəsində həbs qəti-imkan tədbirinin seçilməməsinin səbəbi kimi yuxarıdan gələn tapşırıq olduğunu vurğulayan mənbə futbolçunun adını bildiyini deyib. Lakin onun adını çəkməkdən imtina edib.


Geri qayıt