Əsas Səhifə > Cəmiyyət, Manşet > ANAMA-DA FÖVQƏLADƏ VƏZİYYƏT REJİMİ
ANAMA-DA FÖVQƏLADƏ VƏZİYYƏT REJİMİ12-11-2012, 12:52 |
AMMA BU REJİMİN MÜVƏQQƏTİ OLDUĞU BİLDİRİLİR DİA.AZ: - Ötən günlərdə Respublika ərazilərinin minalardan təmizlənməsi üzrə milli agentlik olan ANAMA-da baş verən qanunsuzluqlarla bağlı məlumat vermişdik. Mətbuatda gedən və faktlara əsaslanan informasiyalardan sonra təşkilatda ciddi nizam intizam yaradılıb. Əvvəl yazılarda qeyd olunan Sumqayıt bazarında istifadə şəxsi məqsədlər üçün istifadə olunan gəlirləri isə ciblərə gedən 10 C999 dövlət nömrə nişanlı hidromeks traktoru təşkilatın Güzdək qəsəbəsindəki ərazisinə gətirilib. DİA.AZ-ı məlumatlandıran mənbənin dediklərinə görə yazılarla bağlı təşkilatın rəhbər vəzifədə çalışan əməkdaşlarına (direktor Nazim İsmayılovun köməkçisi və katibəsi Fəridə Babayeva, baş mühasib və maliyyə meneceri Sabir Səfərov, digər menecer Samir Poladov) ciddi göstərişlər və xəbərdarlıq edilib. Məlumata görə təşkilatın direktoru Nazim İsmayılova qeyd olunan ciddi problemlərin həll olunması və qısa zamanda aradan qaldırılması istiqamətində göstərişlər verilib. Lakin məlumatda o da qeyd olunur ki, bütün baş verənlərə baxmayaraq Agentliyin Güzdək qəsəbəsi üzrə sahə supervayzeri Füzuli Namazov dost-tanışının yanında deyir ki , “onsuz da bir neçə gündən sonra hər şey əvvəl olduğu kimi davam edəcək”. Görünür Füzuli Namazov KİMLƏRƏSƏ güvənir. İnanırıq ki, bundan sonra bütün baş verən dəyişikliklər müsbət istiqamətdə olacaq. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |