Əsas Səhifə > Ölkə, Manşet > HAKİMİYYƏTİN MÜXALİFƏTƏ QARŞI İLGİNC PLANI

HAKİMİYYƏTİN MÜXALİFƏTƏ QARŞI İLGİNC PLANI


12-11-2012, 12:39
HAKİMİYYƏTİN MÜXALİFƏTƏ QARŞI İLGİNC PLANI
MÜXALİFƏT LİDERİ HƏBSƏ ATILA BİLƏR

DİA.AZ: - Redaksiyamıza hökumət içindəki qaynaqlardan olduqca ilginc bir məlumat daxil olub. Etibarlı mənbənin bildirdiyinə görə, hakimiyyət bu günlərdə repressiya maşınını yenidən aktivləşdirmək qərarını verib. Total həbslərin baş verəcəyini bildirən qaynağımız iddia edir ki, müxalifətin aparıcı fiqurlarının müxtəlif ittihamlar altında həbsxanaya atılacağı bu proses zamanı təxminən 30-a yaxın şəxsin həbsi nəzərdə tutulub.

Xatırladaq ki, hazırda Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin iddiası ilə AXCP sədri Əli Kərimliyə qarşı «Əbülfəz Elçibəyi zəhərləyib» iddiası ilə bir araşdırma aparılır. Eyni zamanda daha bir neçə müxalifət mənsubunun işi məhkəmədədir ki, onlardan bəziləri şərti olaraq azadlıqdadır.

Mənbəmiz bildirir ki, 2013-cü il prezident seçkiləri ərəfəsində özünün sərt üzünü göstərmək fikrinə düşən rəsmi Bakının eyni zamanda daha bir neçə jurnalist idə məhbəsə göndərmək fikrindədir.

Geri qayıt