Əsas Səhifə > Hadisə > BAKIDA MAŞIN DƏRƏYƏ YUVARLANDI

BAKIDA MAŞIN DƏRƏYƏ YUVARLANDI


12-11-2012, 09:46
BAKIDA MAŞIN DƏRƏYƏ YUVARLANDI
QƏZA NƏTİCƏSİNDƏ İKİ NƏFƏR ÖLÜB

Bakıda minik avtomobili dərəyə aşıb, iki nəfər ölüb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus "Lada" markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı dərəyə aşıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Qəza nəticəsində avtomobilin sürücü və avtomobildə olan sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Geri qayıt