Əsas Səhifə > Partiya > MÜBARİZ AĞAYEV QUBADA TƏDBİR DÜZƏNLƏDİ

MÜBARİZ AĞAYEV QUBADA TƏDBİR DÜZƏNLƏDİ


10-11-2012, 13:03
MÜBARİZ AĞAYEV QUBADA TƏDBİR DÜZƏNLƏDİ
HAKİM PARTİYANIN ŞƏNİNƏ

Qubada Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20 illiyi münasibətilə tədbir keçirilib.

SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, tədbir iştirakçıları əvvəlcə YAP-ın yaradıcısı və ilk sədri olmuş Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra tədbir Rayon mədəniyyət evində davam etdirilib. Tədbirdə çıxış edən rəsmi şəxslər xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyasının 20 ildə minlərlə siyasi fəalı birləşdirən partiyaya çevrildiyini qeyd ediblər.

Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yola müxtəlif aspektlərdən nəzər salan natiqlər bildiriblər ki, bu gün xalqımızın firavan yaşamasında mühüm rol oynayan YAP-ın iqtidar partiyası olaraq xalqla birliyinin əsas səbəbi Heydər Əliyev siyasi kursunun həyata keçirilməsidir. YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə rayonda genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinin görüldüyünü vurğuladı. Onun sözlərinə görə, ötən dövr ərzində YAP-ın xətti ilə görülmüş işlər və qazanılmış uğurlar partiyanın Azərbaycanın dövlətçiliyi, suverenliyi uğrunda mübarizə şəraitində yaranmasının bəhrəsidir.

Sonda partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə isə yeni üzvlük vəsiqələri təqdim olunub. Yubiley tədbiri konsert proqramı ilə davam etdirilib.

Geri qayıt