Əsas Səhifə > Şou-biznes > STİV UANDER MİLLİ İFADA

STİV UANDER MİLLİ İFADA


11-11-2011, 10:33
STİV UANDER MİLLİ İFADA

ÜLVİYYƏ RƏHİMOVA KONSERTƏ HAZIRLAŞIR

Noyabrın 13-də Bakıda bir çox festivalların iştirakçısı Ülviyyə Rəhimovanın növbəti konsert proqramı təşkil ediləcək.

Müğənni Milli.Az xəbər portalına bildirib ki, tamaşaçılarına yeni və maraqlı caz proqramı təqdim edəcək. Hazırda bir neçə yeni müəllif kompozisiyaları üzərində məşq edən ifaçı həm də dünyaca məşhur hitlərdən oxuyacaq. O bildirdi ki, Stiv Uanderiın repertuarından məşhur mahnılar üzərində çalışır. İki hissəli konsertdə sənətçi S.Uanderin mahnılarından birini yeni quruluşda ifa edəcək.

Öyrəndik ki, caz ifaçısını royalda Elçin Şirinov, bas-gitarada Ruslan Hüseynov, gitarada Rafael Bünyadov, barabanda isə Elvin Bəşirov müşayiət edəcəklər.


Geri qayıt