Əsas Səhifə > Siyasət, Manşet > FHN ŞEFİNİN İSMƏT ABBASOVU BİTİRMƏ PLANI

FHN ŞEFİNİN İSMƏT ABBASOVU BİTİRMƏ PLANI


10-11-2012, 10:35
FHN ŞEFİNİN İSMƏT ABBASOVU BİTİRMƏ PLANI
KƏMALƏDDİN HEYDƏROV BU DƏFƏ HEYDƏR ƏSƏDOVU QABAĞA VERDİ

DİA.AZ: - Kənd təsərrüfatı naziri İsmət Abbasovla fövqəladə hallar naziri Kəmaləddin Heydərov arasındakı savaş səngimək bilmir.

DİA.AZ: - Bu savaşın kökündə təbii ki, merikantel maraqlar toqquşması dayanır. İsmət Abbasov vaxtaşırı Kəmaləddin Heydərovun sahəsinə müdaxilələr edir. Bu da "fövqəlnazir"i preventiv tədbirlər görməyə vadar edir. Kəmaləddin Heydərovun əsas hədəfi təbii ki, İsmət Abbasovu öz çevrəsinə daxil olan şəxslərdən biri ilə əvəzləməkdir. Hələ bir müddət əvvəl yazmışdıq ki, "fövqəlnazir"in bu posta əsas namizədi Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovdur. Lakin hələ ki, Kəmaləddin Heydərov İsmət Abbasovu istefaya göndərə bilmir. Əvəzində "fövqəlnazir"in yaxın ətrafı İsmət Abbasova qarşı irimiqiyaslı kampaniyaya başlayıb. Kəmaləddin Heydərova yaxın deputatlar, siyasi partiya sədrləri, ekspertlərin bu gün tənqid etdiyi bir məmur var, o da İsmət Abbasovdur. "Fövqəlnazir" bununla da kifayətlənməyərək kənd təsərrüfatı nazirinin fəaliyyətinin yoxlatdırmaq qərarına gəlib.

DİA.AZ-a daxil olan məlumatlara görə, Hesablama Palatasının Kənd Təsərrüfatı Nazirliyinin (KTH) Dövlət Baytarlıq Xidmətində yoxlamalar aparılmasına start verib. Həmin yoxlamalar yekunlaşdıqdan sonra bir sıra neqativ hallar üzə çıxarılacaq və Hesablama Palatası bu yoxlamaların nəticələrini Respublika Prokurorluğuna göndərəcək. Bundan sonra isə qurum KTN-nin başqa bir idarəsində yoxlamalara start verməyi planlaşdırılır.

Oxucuların diqqətinə çatdıraq ki, Hesablama Palatasının sədri Heydər Əsədov Kəmallədin Heydərovun yaxın adamlarından hesab olunur. "Fövqəlnazir" vaxtilə onu maliyyə naziri təyin etdirməyə çalışırdı. Cəhdləri uğursuzluqla nəticələndi.

Lakin Kəmaləddin Heydərov komandasının üzvü işsiz qalmasına da imkan vermədi, onu Hesablama Palatasının sədri təyin etdirə bildi. Bu gün də Heydər Əsədov "fövqəlnazir"in ən inanılmış kadrlarındandır. Ona görə də Hesablama Palatasının KTN-də yoxlamaların aparılması niyyəti Kəmaləddin Heydərovdan gələn tapşırıq hesab etmək olar. Güman ki, bu yoxlamalardan sonra İsmət Abbasovun istefaya göndərilməsinə gözlənilir.

Geri qayıt