Əsas Səhifə > Ölkə, Manşet > QARABAĞ ƏLİLİNİN EVİNİ BAŞINA UÇURUBLAR

QARABAĞ ƏLİLİNİN EVİNİ BAŞINA UÇURUBLAR


10-11-2011, 18:21
QARABAĞ ƏLİLİNİN EVİNİ BAŞINA UÇURUBLAR

KƏLBƏCƏR QAÇQINI 2-Cİ DƏFƏ QAÇQIN DÜŞÜR

Bu gün Mirzağa Əliyev küçəsi 205-də 2ci və 1-ci mərtəbədə yaşayan sakinlər evdə olduğu halda evlərinin damının sökülməsiylə əlaqədar redaksiyamıza müraciət ediblər.

Beləki həmin binada yaşayanlardan biri Kəlbəcər rayonundan qaçqın olan 2-ci qrup Qarabağ əlili Sahib Əhmədov bildirib ki, bu həyətdə 20-dən çox sakin yaşayıb.

Beləki qiş bulvarının tikintisiylə əlaqədar onların evləri də sökülmək məcburiyyətində qalıb. “Söküntü zamanı yerə daş ağac şüşə düşür buda həyətdə olan uşaqlarımızın həyatı üçün təhlükə yaradır”deyə S.Əhmədov əlavə edib.

Əhmədov onu da qeyd edib ki, noyabrın ayin 6-da gecə yağan yağış və qar həmin evlərin üstünün açıq olmasina görə aşağki mertəbələrə axıb və buna görə də dözülməz şərait yaranıb.

Əlil onu da qeyd etdiyinə görə ev- alqı satqısında onlara təklif olunan 1500-manatla razılşamırlar.

Qarabağ əlili S.Əhmadov bu məsələ ilə bağlı prezidentə müraciət etdiyini ona gələn cavabda isə bu məsələnin aidyyatı qruma göndərildiyini bildiriblər. Həmin əraziyə baxan Baki şəhər İcra hakimiyyətinin nümayəndəsi isə1500-də artiq pul verilməyəcəyni bildirib.

Söküntüylə məşğul olan fəhlələr isə onları Zülfəli göndərdiyni bildirib əhalinin etirazini görən fəhlələr həmin binadan uzaqlaşdılar.

DİA.AZ - Ziya Yusifov QARABAĞ ƏLİLİNİN EVİNİ BAŞINA UÇURUBLAR

Geri qayıt