Əsas Səhifə > Ölkə, Manşet > ŞOK: RAMİZ MEHDİYEVİN ƏMRİ HAZIRLANIR

ŞOK: RAMİZ MEHDİYEVİN ƏMRİ HAZIRLANIR


8-11-2012, 15:31
ŞOK: RAMİZ MEHDİYEVİN ƏMRİ HAZIRLANIR
PREZİDENT ADMİNİSTRASİYASININ YENİ ŞEFİ KİM OLACAQ?

DİA.AZ: - Elə bu dəqiqələrdə redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, Prezident Administrasiyasının rəhbərliyində dəyişiklik gözlənilir. DİA.AZ-a bu barədə məlumatı verən mənbə bildirir ki, Ramiz Ənvər oğlu Mehdiyev tutduğu vəzifəsindən səhhətindəki problemlərlə bağlı azad ediləcək.

Xatırladaq ki, son günlər hakimiyyətiçi qruplaşmalardan birinin PA şefini hədəfə götürdüyü söylənilir və fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin yaratdığı videoqalmaqalın və həmçinin Moskvada elan olunmuş Rusiya Azərbaycan Təşkilatları İttifaqı ətrafındakı oyunların əsas hədəfinin məhz Ramiz Mehdiyev olduğu da məlumdur.

Məlumatı verən mənbənin sözlərinə görə, PA şefi postunda həyata keçirilməsi nəzərdə tutulan dəyişiklik zamanı Ramiz Mehdiyevin yerinə kimin təyin ediləcəyi ilə bağlı məsələ isə açıq saxlanılır: «Daha dəqiqi, bu barədə məlumat verilmir. Sadəcə olaraq prosesin məxfiliyi qorunur».

Geri qayıt