Əsas Səhifə > Ölkə > PREZİDENTİN ƏMİSİ DANIŞDI
PREZİDENTİN ƏMİSİ DANIŞDI10-11-2011, 18:02 |
CƏLAL ƏLİYEV ELMƏ VERDİYİ TÖHFƏLƏRDƏN DANIŞIB Elmlə məşğul olan insanın əsas məqsədi həmişə qabağa baxmaq, yeni sahələri inkişaf etdirmək, təzə ideyalar irəli sürməkdir. Dünyada həyata keçirilən hər hansı bir elmi prosesi təkrar etmək elmə töhfə vermir, yeni ideyalarla çıxış etmək lazımdır. Bu fikirləri Milli Məclisin deputatı, akademik Cəlal Əliyev AzərTAc-a müsahibəsində bildirib. Akademik deyib ki, hələ ötən əsrin 70-ci illərində mərhum dövlət başçısı Heydər Əliyev keçmiş SSRİ-nin müxtəlif respublikalarına hər il yüzlərlə tələbə göndərirdi. İndi onlar xaricdə maraqlı elmi axtarışla məşğuldurlar. Elmin yeni sahələrində işləyən bu azərbaycanlılar, ilk növbədə, Azərbaycan xalqının qürurudur. SSRİ dövründə yerli ali məktəbləri bitirən istedadlı tələbələrin onun təşəbbüsü ilə seçilib müxtəlif elm mərkəzlərinə, xüsusilə Sankt-Peterburqa, Novosibirskə göndərildiyini deyən akademik Cəlal Əliyev qeyd edib ki, o vaxt Novosibirskdə elmi mərkəz fəaliyyət göstərirdi. “Mənim təşəbbüsümlə oraya əsasən riyaziyyatçılar göndərilirdi. Bəzən belə deyənlər də olurdu ki, bu elmi mərkəz tanınmaya-tanınmaya Cəlal Əliyev buraya niyə bu qədər riyaziyyatçı tələbə göndərir? Həmin vaxt o qədər də tanınmayan bu elmi mərkəz sonra ən yaxşılardan biri oldu. Ona görə də elmlə məşğul olan dünəni, bu günü yox, sabahı, o biri günü görməlidir. O riyaziyyatçılar indi ABŞ, Almaniya, İngiltərə, Avstraliya, Kanada, Braziliya kimi bir çox xarici ölkələrdə uğurla işləyir və elmə töhfələr verirlər”. Geri qayıt |