Əsas Səhifə > Partiya > DAHA BİR HİCAB MƏHBUSU AZAD EDİLDİ

DAHA BİR HİCAB MƏHBUSU AZAD EDİLDİ


8-11-2012, 12:03
DAHA BİR HİCAB MƏHBUSU AZAD EDİLDİ
ONUN HƏBS MÜDDƏTİ BAŞA ÇATIB

Ötən ilin may ayının 6-sı keçirilən "Hicaba azadlıq" aksiyasında saxlanılan Rəşad Vəliquliyev bugün saat 11:15-də Ramana ümumicəzaçəkmə müəssisəsindən buraxılıb. Onun sərbəst buraxılmasının səbəbi noyabr ayının 8-də ona verilən həbs müddətinin başa çatmasıdır.

Rəşad Vəliquliyevi qarşılamağa yaxınları, dostları, həmçinin nüfuzlu ruhani Hacı Tale Bağırovda gedib.

Xatırladaq ki, Vəliquliyev Rəşada Bakı Şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi açılmış və Nərimanov rayon məhkəməsinin hökmünə əsasən 1 il 6 ay həbs qərarı verilmişdi. Vəliquliyev Rəşad ailəlidir, azyaşlı uşaq atasıdır.

Avropa Şurası Parlament Assambleyasının hüquq məsələləri və insan haqları komitəsi iyunun 26-da alman deputat Kristofer Ştrasserin siyasi məhbuslara dair məruzəsi əsasında hazırlanmış qətnamə layihəsində Azərbaycandakı 89 siyasi məhbusun adı qeyd edilmişdi ki, Vəliquliyev Rəşad Cümşüd oğlunun adı da həmin siyasi dustaqlar siyahısında idi. \İslamazeri.az

Geri qayıt