Əsas Səhifə > Güney Press, Araşdırma > GÜRCÜ NAZİR RƏSMİ BAKIYA VƏD VERDİ

GÜRCÜ NAZİR RƏSMİ BAKIYA VƏD VERDİ


8-11-2012, 11:10
GÜRCÜ NAZİR RƏSMİ BAKIYA VƏD VERDİ
“AZƏRBAYCANIN MARAQLARINA ZİDD HƏRƏKƏT OLMAYACAQ”

Gürcüstan heç zaman Azərbaycanın maraqlarına qarşı yönələn addımlar atmayacaq. Bu barədə Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili noyabrın 7-də keçirilən mətbuat konfransında Tbilisinin Abxaziya vasitəsilə Rusiya ilə dəmiryolu əlaqəsini bərpa etmək təşəbbüsü ilə bağlı azərbaycanlı ekspertlərin fikirlərini şərh edərkən bildirib.

Bundan əvvəl Zakareişvili bildirmişdi ki, Abxaziya sahəsi vasitəsilə Rusiya ilə dəmiryolu əlaqəsinin bərpa olunması

Gürcüstanın yeni hökumətinin Abxaziyanın deizolyasiyası üzrə konsepsiyasına daxildir. Bəzi azərbaycanlı ekspertlər narahatlıqlarını bildirərək qeyd ediblər ki, dəmir yolundan Rusiya hərbi yüklərinin Ermənistana tranziti üçün istifadə edilə bilər.

“Dəmiryolu əlaqəsinin bərpası hələlik müzakirə üçün mövzudur, təşəbbüslərdən biridir. Hələlik məsələyə konkret olaraq baxılmır”, - Zakareişvili bildirib. Eyni zamanda o qeyd edib ki, Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır.

“Gürcüstan Azərbaycanın dövlət maraqlarına zidd olan addımlar atmayacaq”, - o vurğulayıb.

Geri qayıt