Əsas Səhifə > Dünya > PEYĞƏMBƏRİ TƏHQİR EDƏN REJİSSOR HƏBS EDİLDİ

PEYĞƏMBƏRİ TƏHQİR EDƏN REJİSSOR HƏBS EDİLDİ


8-11-2012, 10:19
PEYĞƏMBƏRİ TƏHQİR EDƏN REJİSSOR HƏBS EDİLDİ
ONA 1 İL İŞ VERİLİB

İslam peyğəmbərini təhqir edən “Müsəlmanların Məsumiyyəti” filmin rejossoru Mark Basseley Youssef saxtakarlıq etdiyi üçün bir il həbs cəzasına məhkum edilib. Modern.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, müsəlman dünyasının narazılığına səbəb olan qalmaqallı filmin rejissoru ABŞ-ın Kaliforniya əyalətində hakim qarşısına çıxarılıb. Saxtakarlığı sübuta yetirilən rejissor bir il müddətinə azadlıqdan məhrum edilib. Rejissor sentyabr ayında saxlanılmışdı.

Qeyd edək ki, müsəlman dünyasını ayağa qaldıran “Müsəlmanların Məsumiyyəti” filmi bir çox ölkələrdə ABŞ əleyhinə üsyanlara səbəb oldu. Hətta Liviyanın Benqazi şəhərində ABŞ səfirliyinə edilən hücumda aralarında səfirin də olduğu 4 amerikalı personal öldürülmüşdü.

Geri qayıt