Əsas Səhifə > Cəmiyyət, Manşet > TƏZƏ BAZAR-IN SAHİBLƏRİ YUMRUQ DAVASINA ÇIXDI
TƏZƏ BAZAR-IN SAHİBLƏRİ YUMRUQ DAVASINA ÇIXDI7-11-2012, 14:08 |
MÜBAHİSƏDƏN SONRA DAVAYA QALXDILAR Bu gün Bakının Nəsimi rayonu ərazisində yerləşən məşhur bazarlardan biri olan “Təzə bazar” adlanan ticarət mərkəzində kütləvi dava baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, kütləvi davada bazarın 30 nəfər, o cümlədən 2 təsisçisi olub. Verilən məlumata görə, “Təzə bazar”ın ofisinin qapısı sındırılıb. Hətta davada yaralananlar da olub. Bazarın mühafizə xidmətinin əməkdaşalrının ANS PRESS-ə verdikləri məlumata görə, dava bazarın 2 təsisçisi arasında baş verib. Belə ki, təsisçilərdən biri Vaqif Şıxəliyev bazardakı ofisə gələrək qapını sındırıb. Sonradan digər təsisçi Məmmədağa İbrahimov gəlib və aralarında yaranan mübahisə sonradan dava ilə nəticələnib. Davaya onların işçiləri də qarışıb və məsələ daha da uzanıb. Məmmədağa İbrahimov ANS PRESS-ə açıqlamasında bildirib ki, bu gün saat 08:00 radələrində digər təsisçi Vaqif Şıxəliyev başına bir neçə nəfər yığaraq bazarın ofisinə hücum çəkib. “Qapını sındırıblar işçilərimi döyüblər. Mən bazarın təsisçisi və müdiriyəm. Vaqif Şıxəliyev də təsisçilərdən biridir. Lakin o bazarı dağıdırdı. Mən bunun qarşısını almağa çalışmışam. Hazırda bu iş məhkəmədədir. Məhkəmə Vaqif Şıxəliyevin iş tamamlanmayana qədər ofisə gəlməsinə qadağa qoyub və bütün işlərin icrası mənə tapşırılıb”. M.İbrahimovun sözlərinə görə, Vaqif Şıxəliyev bununla razı olmayıb və bu gün ofisin qapısını sındırıb. Bazarın ikinci təsisçisi Vaqif Şıxəliyev isə ANS PRESS-ə açıqlamasında digər tərəfin dediklərinin yalan olduğunu bildirib. “Məhkəməyə müraciət edib, mənə ofisə girnməyi icazə vermir. Əvvəllər inandığım insan olub, sonradan məni aldadıb. Mən heç kimi döyməmişəm. Sadəcə mən də təsisçiyəm və ofisə girməyə haqqım var. Polisə də ifadə vermişəm. Məhkəmədə müvəqqəti olaraq məni işdən kənarlaşdırmaq üçün qərar verilib. Lakin mən yenidən apleyasiya məhkəməsinə verəcəyəm”. Nizami rayon Polis İdarəsinin əməkdaşı Nizami Paşayev isə məsələ ilə bağlı ANS PRESS-ə açıqlamasında münaqişə faktını təsdiqləyib. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |