Əsas Səhifə > Ölkə > EYNULLA FƏTULLAYEV AŞPA TRİBUNASINDA

EYNULLA FƏTULLAYEV AŞPA TRİBUNASINDA


10-11-2011, 15:42
EYNULLA FƏTULLAYEV AŞPA TRİBUNASINDA

O, SİYASİ MƏHBUS PROBLEMİ İLƏ BAĞLI ÇIXIŞ EDƏCƏK

Azərbaycanda siyasi məhbuslar problemi Avropa Şurası Parlament Assambleyasının insan hüquqları və hüquq məsələləri komitəsinin iclasının gündəliyinə salınıb. Noyabrın 16-da Parisdə keçiriləcək iclasda məruzəçi Kristofer Ştrasser çıxış edəcək. Tədbirə ekspert qismində dəvət olunmuş “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayevin də çıxışı gözlənir. Məlumatı “Media forum” saytına “İnsan Haqları Uğrunda” İctimai Birlikdən veriblər.

2011-ci ildə Azərbaycanda 35 ictimai-siyasi fəal və onlara yaxın şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri 2011-ci ildə məhkum olunanların bir qisminin - gənc fəallar Cabbar Savalanlı, Bəxtiyar Hacıyev, hüquq müdafiəçisi Vidadi İsgəndərli, 2 aprel aksiyasına görə tutulan 13 nəfərin siyasi motivlərlə həbs olunduğunu bəyan edir.

2011-ci ilə qədər adı Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun siyasi məhbus siyahısında olanlardan “Yeni Fikir” Gənclər Təşkilatının sədri Ruslan Bəşirli, sabiq səhiyyə naziri Əli İnsanov, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, onun qardaşı, iş adamı Rafiq Əliyev, Xüsusi Təyinatlı Polis Dəstəsinin komandirlərindən olmuş Dəyanət Kərimov, iş adamı Şəmsi Səmədzadə, AXCP üzvü Tapdıq Namazov, sabiq XTPD-çilər Şəmsi Abdullayev, Nizami Şahmuradov, İranla əlaqəyə görə tutulmuş Telman İsmayilov və XTPD işinə görə həbs olunmuş Mehman Məmmədov hələ də həbsdədirlər.


Geri qayıt