Əsas Səhifə > Cəmiyyət > KƏMALƏDDİN HEYDƏROV ZİYA MƏMMƏDOVA QARŞI

KƏMALƏDDİN HEYDƏROV ZİYA MƏMMƏDOVA QARŞI


7-11-2012, 12:56
KƏMALƏDDİN HEYDƏROV ZİYA MƏMMƏDOVA QARŞI
“FÖVQƏLNAZİR” KÖHNƏ AVTOVAĞZALI ƏLƏ KEÇİRİR

Nəsimi rayon ərazində yerləşən, “20 yanvar” metrostansiyasının yaxınlığında Köhnə Avtovağzal adlanan ərazi üstündə nəqliyyat naziri Ziya Məmmədovla fövqəlnazir Kəmaləddin Heydərov arasında dava gedir.

Bu barədə Avrasiya.net-ə Nəqliyyat Nazirliyindəki mənbələrdən bildiriblər. Məlumata görə, 2009-cu ilin fevral ayında Yeni Avtovağzal kompleksinin işə düşməsi ilə bağlı olaraq fəaliyyətini dayandıran Köhnə Avtovağzalın üç ildir ki, yiyəsinin tapılmadığını görən nazirlər bu məsələyə girişiblər.

Onu da qeyd edək ki, 5 hektara yaxın sahəsi olan əraziyə kimin sahib çıxacağı məlum olmasa da K.Heydərovun artıq oranı özəlləşdirmək üçün sənədlərinin hazır olduğu deyilir. Mənbənini sözlərinə görə, K.Heydərov bu ərazinin paytaxtın ümumi görünüşünə ziyan gətirdiyini önə çəkərək burada ticarət mərkəzi inşa etdirməyi planlaşdırır. Amma Z.Məmmədov iddia edir ki, bu ərazi hələ də nazirliyin inhisarında olduğundan fövqəlnazir ora əl qoya bilməz.

Geri qayıt