Əsas Səhifə > Ölkə, Manşet > «BİZİM YOL»UN ƏMƏKDAŞINA HÜCUM EDİLDİ
«BİZİM YOL»UN ƏMƏKDAŞINA HÜCUM EDİLDİ7-11-2012, 12:22 |
VÜSAL HACIOĞLU NAMƏLUM ŞƏXSLƏR TƏRƏFİNDƏN DÖYÜLDÜ DİA.AZ: «Bizim Yol» qəzetinin yayım şöbəsinin əməkdaşı Vüsal Hacıoğlu dünən gecə saatlarında naməlum şəxslərin hücumuna məruz qalıb. Bu barədə DİA.AZ-a Vüsal Hacıoğlunun özü məlumat verib: «Gecə saatları idi. «Futbol+» mətbəəsindən qəzeti çap etdirib, çıxdığım zaman 4-5 nəfər mənə əl elədi və maşınımı saxlatmağı istədilər. Mən saxladım və maşından düşdüm. Onlardan biri mənə yaxınlaşıb «Məni tanıyırsan» deyə sual etdi. Mən də tanımadığımı bildirdim və bu zaman məni heç nə demədən döyməyə başladılar». Vəhşicəsinə döyüldüyünü və hazırda da halının pis olduğunu bildirən Vüsal Hacıoğlu qeyd etdi ki, əgər yaxınlıqda polis əməkdaşları olmasaydı, onlar öülümünə qədər döyəcəkdilər: «Bu zaman yaxınlıqdakı polislər gəldi və məni döyənlər qaçdılar. Polislər onları təqib etsələr də, tuta bilməyib, mənim yanıma geri döndülər». Hadisə ilə bağlı Yasamal rayon polis idarəsinə şikayət etdiyini bildirən Vüsal Hacıoğlu bildirdi ki, artıq tibbi ekspertizadan da keçib: «Bədənimdə ağır xəsarətlər var. Dişimi sındırıblar. Polis işçiləri bildirdilər ki, yaxınlıqda təhlükəsizlik kameraları var və həmin kameraların köməyi ilə cinayətkarların müəyyən olunaraq həbs edilməsi mümkündür». Geri qayıt |