Əsas Səhifə > Siyasət, Manşet > OLİQARXİYAMIZIN DAHA BİR ANTİMİLLİ FƏALİYYƏTİ

OLİQARXİYAMIZIN DAHA BİR ANTİMİLLİ FƏALİYYƏTİ


7-11-2012, 12:00
OLİQARXİYAMIZIN DAHA BİR ANTİMİLLİ FƏALİYYƏTİ
«MİLAYRDERLƏR İTTİFAQI» AZƏRBAYCANA QARŞI ŞOK PLANDA İŞTİRAK EDİR

DİA.AZ: - «Son zamanlar rəsmi Bakı Rusiya ilə bağlarının qırılması yönündə çox ciddi addımlar atıb ki, bunun da adekvat cavabı olmalı idi». Bu sözləri DİA.AZ-a çatdıran hökumət içindəki məlumatlı mənbə eyni zamanda çox maraqlı informasiyaları da redaksiyamızın əməkdaşı ilə söhbətində bölüşüb.

Mənbənin söylədikləri: «Azərbaycan iqtidarı Kremldən xeyli uzaq düşüb. Hətta rəsmi Moskvanın maraqlı olduğu bir neçə beynəlxalq layihədən də özünü kənarda tutmağı bacaran rəsmi Bakıya rusların cavabının hələ daha da sərt olacağı gözlənilir. Bu gün RATİ (Rusiya Azərbaycan Təşkilatları İttifaqı) kimi qurumların adı altında Azərbaycanın üzərinə yerinməsi əslində həm də rəsmi Moskvanın ənənəvi Qarabağ kartından təzyiq vasitəsi kimi yararlanma istəyinin təzahürüdr. Daha betər proseslər gözlənilir».

Mənbəmiz bildirir ki, Rusiya Azərbaycanda keçirilməsi nəzərdə tutulan 2013-cü il prezident seçkilərinin ardından öz maraqlarını qorumaq fikrindədir: «Ruslar Azərbaycanın daxilində baş verən prosesləri diqqətlə izləyir. Bir oyun oynanılır. Onlar aşkar surətdə görürlər ki, hakimiyyət içindəki Rusiyayanlı qüvvələr Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin timsalında tənəzzül dövrünü yaşamaqdadır. Bunun qarşısı isə təcili surətdə alınmalıdır. Elə buna görə də Elşad Abdullayevin açıqladığı videfaktlarla start dyüməsi basılan bəlli prosesin səs-küyünü yatırda biləcək alternativ qalmaqal yaradıldı.

Əslində bu gün nə RATİ-yə ehtiyac var idi, nə də ermənilərlə azərbaycanlıların görüşünə. Azərbaycan hakimiyyətinin müharibə çağırışları etdiyi bir ərəfədə RATİ meydana çıxdı, bunun ardından da ermənilərlə görüş baş verdi. Ruslar bu yolla Azərbaycan hakimiyyətini aşkar surətdə təhdid etdilər. Yəni bildirdilər ki, bizim ermənilərlə danışıqlar masasına oturtmağa öz azərbaycanlılarımız var. Və əgər rəsmi Bakı əvvəlki kursundan, yəni mahiyyətcə antiRusiya çalarla zəngin olan kursdan imtina etməzsə, o zaman Kreml öz «azərbaycanlılarını» hətta hakimiyyətə də daşıya bilər».

Mənbəmiz vəziyyətin həddən-ziyadə gərgin olduğunu da ifadə etdi: «Vəziyyət çox gərgindir. Maraqlı orasıdır ki, bu işdə araçılıq missiyasını son proseslərdə hədəfə alınan Ramiz Mehdiyev üstələnib. İndii Ramiz Mehdiyevin qurtuluşu dönəmi üçün münbit şərait yaranıb. O, yenidən Bakını Rusiyaya yaxınlaşdıracaq və bununla da RATİ-MATİ oyunları bitəcək. Beləcə, Ramiz Mehdiyevdən qəhrəman düzəldiləcək. RAmiz Mehdiyev yenidən hakimiyyət üçün əhəmiyyətli fiqura çevrilmiş olacaq».

Mənbəmiz onu da bildirdi ki, amma PA şefinin səhhətindəki problemlər Rusiyanı alternativlər üzərində düşünməyə də vadar edir: «Alternativ tanınmış iş adamı, Putinin dostu İlham Rəhimlidir. Bəlli olduğu kimi, bir müddət əvvəl bu adamın PA rəhbərliyinə gətirilməsi ideyası mətbuatda səsləndi. Və aydın oldu ki, hakimiyyətin yuxarı instansiyaları bu məsələdə çox sərt davranıb. Hətta Qərb belə İlham Rəhimli məsələsinə müdaxilə edib. PA şefi kimi mühüm bir postun yenidən Rusiya kafalı birisinə təslim edilməsi yolverilməzdir. Həm Bakı üçün, həm də Qərb üçün».

Mənbəmizə görə, bu səbəbdən ruslar Azərbaycan iqtidarını yeni məngənəyə salmaq istədilər: «Hər şey aydındır. RATİ-dən hansı məqsədlə istifadə olunacağı da məlumdur. Bu məsələyə cəlb olunmuş Abbas Abbasovun hətta gedişləri belə məsələnin mahiyytəni gizlədə bilmir. Artıq hakimiyyətin təbliğat maşını RATİ ideyasının fundamentini hədəfə aldığından, tərəflər arasında nə atəşkəsin olacağı, nə də kiminsə geriyə çəkiləcəyi gözlənilən deyil».

Bu arada RATİ-də birləşən oliqarxlarımızın Azərbaycan hakimiyyətinə yox, Azərbaycan dövlətinə qarşı yeni təxribata hazırlandıqlarını da bildirən mənbəmiz vurğuladı ki, Kremldən onlara yeni təlimat verilib: «Bu günlərdə oliqarxlarımız rəsmi Bakının əleyhinə olan və eyni zamanda Azərbaycanın dövlət maraqları ilə uzlaşmayan bir bəyanata imza atacaqlar. Həmin bəyanatda Qarabağ probleminin həlli naminə qurulan danışıqlar, ATƏT-in Minsk qruppu sərt formada tənqid olunacaq. Əsas hədəfə alınanı isə rəsmi Bakı olacaq və bəyanatda net şəkildə vurğulanacaq ki, Azərbaycan hakimiyyəti Qarabağ danışıqlarında qeyri-konstruktiv mövqe tutur».

Geri qayıt