Əsas Səhifə > Güney Press, Üçüncü sektor > DEPUTAT NƏDƏN SÜD MƏHSULLARINI SEVMİR?

DEPUTAT NƏDƏN SÜD MƏHSULLARINI SEVMİR?


7-11-2012, 11:27
DEPUTAT NƏDƏN SÜD MƏHSULLARINI SEVMİR?
“DANONE”YƏ QOYULAN QADAĞANIN SİRRİ

DİA.AZ: - Paytaxtda qəribə bir hadisə baş verib.

Avropa. info-nun əldə etdiyi məlumata görə, bu gün səhər saatlarından etibarən Azərbaycanda istehsal olunan “West”, “Kent”, “Winston” siqaretlərinin satışı ilə məşğul olan firmaların ekspeditorları Bakıdakı siqaret satışı ilə məşğul olan bütün marketləri gəzərək onlardan Rusiya istehsalı olan "Danone"süd məhsulları satıb-satmamaqları ilə maraqlanıblar.

Siqaret firmalarının nümayəndələri marketlərə bildiriblər ki, bundan sonra "Danone" süd məhsulları satan marketlərə West, Kent, Winston siqaretləri satılmayacaq. Gələn nümayəndələr təkidlə Rusiya istehsalı olan bu məhsulların yığışdırılmasını tələb ediblər. Bu tələbə məhəl qoymayan marketlərə isə adı çəkilən siqaretlər satılmayıb.

DİA.AZ bildirir ki, bu gün siqaret bazarında əsas fiqurlardan biri “Avromed” şirkətinin prezidenti, deputat Cavanşir Feyziyevdir. Onunla bərbaər sözügedən bazara bir zamanlar prezidentin qudası, tanınmış iş adamı Araz Ağalarov da özünün “Crocus LTD”si ilə nüfuz etməkdə idi. Lakin sonradan Ağalarov Azərbaycan siqaret bazarından uzaqlaşdırıldı.

Xəbərdən məlum olur ki, “Danone” qadağasını gətirən “West”, “Kent”, “Winston” siqaretlərini satan firmadır. Həmin firmanın isə Cavanşir Feyziyevə aid olduğu şəkksizdir.

Geri qayıt