Əsas Səhifə > Hadisə > BAKI-QUBA YOLUNDA AĞIR YOL QƏZASI

BAKI-QUBA YOLUNDA AĞIR YOL QƏZASI


7-11-2012, 10:29
BAKI-QUBA YOLUNDA AĞIR YOL QƏZASI
ƏR ÖLDÜ, ARVADIN DURUMU AĞIR OLARAQ QALIR

Hadisə Bakı-Quba Rusiya Federasiyası avtomobil yolunun Siyəzən rayonu Taxtakörpü kəndi ərazisində baş verib. Qəza “VAZ 2106” markalı 53 BA 183 qeydiyyat nişanlı avtomobilin sürücüsü, Siyəzən rayon Gənclik qəsəbəsi sakini 51 yaşlı Raiz Atamoğlanovun idarəetməni itirməsi nəticəsində baş verib.

Belə ki, onun yol hərəkəti nişanlarına məhəl qoymaması avtomobilin qarşıda olan torpaq təpəciyinə çırpılmasına səbəb olub. Nəticədə sürücü Raiz Atamoğlanov hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər 2 nəfər isə ağır xəsarətlərlə Siyəzən RMX-na çatdırılıb. Onlardan biri Raiz Atamoğlanovun həyat yoldaşı 44 yaşlı Gövhər Atamoğlanova, digəri isə Şabran rayon Ağbaş kənd sakini 37 yaşlı Amil İdrisovdur. \ Regional TV \

Geri qayıt