Əsas Səhifə > Ölkə, Manşet > QAZAX RAYON İCRA BAŞÇISI NECƏ PUL QAZANIR?

QAZAX RAYON İCRA BAŞÇISI NECƏ PUL QAZANIR?


6-11-2012, 13:10
QAZAX RAYON İCRA BAŞÇISI NECƏ PUL QAZANIR?
AYAZ ƏSGƏROV BÜDCƏ PULLARINI BANKLARA YATIRIR

DİA.AZ: - Qazaxda ilginc olaylar baş verir. Bu barədə DİA.AZ-a rayondakı qaynaqlardan məlumat verilib. Mötəbər mənbənin bildirdiyinə görə, rayonun icra başçısı Ayaz Əsgərov yerli maliyyə şöbəsinin müdiri ilə birgə büdcə təşkilatında çalışanların hesabına böyük bir maxinasiyaya imza atıb.

Mənbəmizin söylədikləri: «Təxminən bir aydan artıqdır ki, büdcə təşkilatında çalışanların böyük əksəriyyəti pullarını ala bilmirlər. Söhbət yerli maliyyə şöbəsinin vasitəsilə köçürülən maaşlardan gedir. Bundan əlavə rayondakı uşaq bağçalarına ayrılan vəsait də ortadan qeyb olub».

Mənbəmiz bildirir ki, əslində burada qeyri-adi heç nə yoxdur: «Bir neçə rayonda anoloji hadisə baş verib. Səbəbsə icra başçısının büdcə təşkilatlarına ayrılan pulları bir neçə ay banklarda dövriyyəyə buraxması ilə əlaqələndirilir. Bunun hesabına çox ciddi qazanc əldə olunur. Təsəvvür edin birdən-birə çox ciddi vəsait iki ay hansısa bankda hətta ölü pul şəklində saxlanılır. Bundan ciddi gəlir götürülür».

Mənbəmiz onu da bildirdi ki, pulları gecikənlərə rəhbərlik tərəfindən oxşar bəhanələr gətirilir və bildirilir ki, səbəb maliyyə nazirliyinin vəsaiti köçürməməsi ilə əlaqələridir. Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt