Əsas Səhifə > Sosial, Manşet > DƏMİRYOLUNDA BİABIRÇI RÜŞVƏT MƏNGƏNƏSİ

DƏMİRYOLUNDA BİABIRÇI RÜŞVƏT MƏNGƏNƏSİ


6-11-2012, 09:20
DƏMİRYOLUNDA BİABIRÇI RÜŞVƏT MƏNGƏNƏSİ
QATARDA XANIM SƏRNİŞİNLƏRİ NECƏ RÜŞVƏT VERMƏYƏ MƏCBUR EDİRLƏR

DİA.AZ: - Dünən Bakı-Ağstafa qatarında İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin rəhbəri, tanınmış vəkil İradə Cavadovadan rüşvət istəyiblər. Bu barədə DİA.AZ gozetci-ye istinadən bildirir. Qeyd edək ki, məlumatı İradə Cavadovanın özü verib.

Vəkil bildirdi ki, bu gün Gəncədə keçirilən məhkəmə prosesində iştirak etmək üçün dünən Bakı-Ağstafa qatarında SV vaqona bilet alıb:

"SV vaqonlarda iki nəfər üçün yer olur və adətən bilet satılan kassalarda tək olan xanımlara xanım olan kupeyə bilet satılmalıdır. Çünki kassada əyləşən dəmiryolu vağzalının əməkdaşının hansı kupedə kişi və ya qadın olduğunu bilmək imkanı var. Mən bilet aldığım kupedə isə digər sərnişin kişidir. Əgər biletlər internet vasitəsi ilə satılsa, belə problemlər olmaz. Əslində internet vasitəsi ilə bilet satışı var. Amma internetlə bilet almaq istəyəndə deyirlər ki, problem yaranıb, gəlin kassadan alın.

Məndən başqa digər bir yaşlı xanımda belə halla rastlaşıb. Onunla da bir kupeyə düşən sərnişin də kişidir. Kupedəki sərnişin kişilərlə danışıb, razılığa gəldik ki, yerlərimizi dəyişək və mən həmin xanım olan kupeyə, ordakı kişi isə mənim bilet aldığım kupeyə keçsin. Lakin qatar bələdçisi buna razı olmadı və dedi rəisin icazəsi olmadan yerlərimizin dəyişməsinə imkan verməyəcək.

Bələtçi bildirdi ki, biz yerlərimizi dəyişmək üçün rəislə görüşməliyik və ona əlavə pul ödəməliyik. Bu hansı qanunda yazılıb? Bu absurddur. İndi də belə yollara əl ataraq pul yığırlar. Bilirlər ki, xanımlar belə vəziyyətlə üzləşəndə məcbur olub yerlərini dəyişmək üçün əlavə pul verəcəklər. Bu da bunların rüşvət almaları üçün yeni qaydalarıdır. Məncə əvvəlcədən düşünülmüş şəkildə xanımlara kişi olan kupeyə bilet satırlar ki, xanımlar sonradan əlavə pul verib, yerlərini dəyişsinlər. Dövlət rəsmiləri həmişə milli metnalitetdən danışırlar. Budur onların milli mentaliteti? Pul yığmaq üçün hər yola əl atırlar".

Rəislər görüşməkdən və ona əlavə pul verməkdən imtina etdiyini deyən hüquq müdafiəçisi bildirdi ki, dəmiryolu idarəsinin əməkdaşlarının bu cür oyun qurub, pul yığmalarının qarşısının alınması üçün mübarizə aparacaq: "Çox güman ki, belə vəziyyətlə çox xanım rastlaşır. Hüququ müdafiəçisi kimi bu çür özbaşınalıqların qarşısının alınması üçün qanunauyğun addımlar atacam".

Məsələ ilə bağlı Ədilə adlı bələdçi ilə danışımaq istəsək də, o danışmaqdan imtina etdi.

Sonda İ.Cavadovadan aldığımız məlumata görə, onun və digər xanım sərnişinin etirazlarından sonra qatar rəisi onlar olan vaqona gəlib. Digər sərnişinlər də rəisə iradlarını bildirəndən sonra xanımların bir kupedə getmələrinə imkan verilib.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin mövqeyini öyrənməyə hazırıq.

Geri qayıt