Əsas Səhifə > Ölkə, Manşet > RAMİZ MEHDİYEVİN YERİNƏ DAHA BİR NAMİZƏD

RAMİZ MEHDİYEVİN YERİNƏ DAHA BİR NAMİZƏD


5-11-2012, 14:30
RAMİZ MEHDİYEVİN YERİNƏ DAHA BİR NAMİZƏD
SARAYDAXİLİ ÇƏKİŞMƏLƏRİN MİQYASI BÖYÜYÜR

DİA.AZ: - Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin xəstələnməsi ilə bağlı yaylan məlumatlar hakimiyyət dəhlizlərində əsas müzakirə mövzusuna çevrilib. Qeyd edək ki, hələ bir müddət əvvəl PA rəhbərinin "vurulacağı" barədə məlumatlar ölkə mediasında yayılmışdı. Hakimiyyət daxilində baş verən proseslər bu məlumatların əsassız olmadığını göstərirdi. Həmin məlumatlarda bildirilirdi ki, anti Mehdiyevçilər artıq PA rəhbərinin idarəçiliyini qəbul etmək istəmir. Bəzi məlumatlara görə, bu barədə şimaldan xəbərdar edilən PA rəhbəri də özünü sığortalamaq üçün müəyyən planlar da cızıbmış. Lakin Ramiz Mehdiyevin qəfil xəstələnməsi planı həyata keçirə bilməməsi ilə nəticələnib.

DİA.AZ "AzeriNews.org"a istinadən bildirir ki, artıq PA rəhbərinin yerinə gətiriləcək şəxslərdən biri Sumqayıtın keçmiş birinci katibi Cahangir Müslümzadənin namizədliyi irəli sürülüb. Bildirilir ki, Ramiz Mehdiyevin hakimiyyətdəki rəqibləri keçmış katibin PA rəhbəri postuna layıq olduğunu İlham Əliyevə inandırmağa çalışırlar. Anti Mehdiyevçilərin hesablamalarına görə, bu gün şimalla münasibətlərin gərginləşməsinin aradan qaldırılması üçün belə bir vəziyyətdə Cahangir Müslümzadə İlham Əliyev üçün daha qiymətli bir şəxs ola bilər. Cahangir Müslümzadənin Ramiz Mehdiyevin yerinə hazırlaşması barədə məlumat heç də hansısa mülahizələrə söykənmir. PA rəhbərinin rəqiblərinin belə bir iddiaya düşməsi hakimiyyət dəhlizlərində hamıya, o cümlədən İlham Əliyevə də bəlli olan fakt olduğu bildirilir.

Daxil olan məlumatlarda qeyd edilir ki, Cahangiq Müslümzadənin Ramiz Mehdiyevin yerinə hazırlığı anti Mehdiyevçilərin təşəbbüsü ilə görülür. Bundan əlavə PA rəhbərinin yola salınmasında dövlət başçısının çevrəsinə daxil olan və şərti olaraq "komsomol qruplaşması" adlandırılan qrup daha çox fəallıq göstərir. Bu qrupa bir neçə rayonun icra başçısı və bəzi məmurlar da daxildir.

Təbii ki, Mehdiyevçilər də baş verənləri sükutla izləmir. Xüsusilə Naxçıvan klanı baş qaldıran saraydaxili inqilabı boğmaq üçün müəyyən tədbirlər görür. Lakin Ramiz Mehdiyevdən hala hazırda xəbər olmadığı üçün onlar gözləmə mövqeyinə üstünlük veriblər. Ramiz Mehdiyevin ölkəyə dönəcəyi halda yalnız son sözü ondan gözləyəcəklər.

Məlumatlarda həmçinin bildirilir ki, Cahangir Müslümzadə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov və "AZAL"-ın prezidenti Cahangir Əsgərovla qudadır.

Geri qayıt