Əsas Səhifə > Ölkə, Manşet > ELŞAD ABDULLAYEVLƏ BAĞLI İŞDƏ ŞOK GƏLİŞMƏ

ELŞAD ABDULLAYEVLƏ BAĞLI İŞDƏ ŞOK GƏLİŞMƏ


5-11-2012, 14:23
ELŞAD ABDULLAYEVLƏ BAĞLI İŞDƏ ŞOK GƏLİŞMƏ
ABU-NUN KEÇMİŞ REKTORU ÖHDƏLİK GÖTÜRÜB

DİA.AZ: - Liseziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev «cəbhəsində» müşahidə olunan susqunluqla bağlı redaksiyamıza ilginc bir məlumat daxil olub. Bu barədə DİA.AZ-a danışan mötəbər mənbə bildirir ki, keçmiş rektora hakimiyyətin bir çox dairələrindən təzyiqlər edilməyə başlayıb və onu yaxınlarının hesabına təhdid edirlər.

Məlumdur ki, Elşad Abdullayevin əksər qohumları Azərbaycandadır və demək olar ki, onların hər biri risq altındadır. Elə Elşad Abdullayevin özü də açıqlamalarının birində fiziki cəhətdən məhv edilə biləcəyi təhlükəsindən danışmışdı və hətta Azərbaycan dövlətindən rəsmən təhlükəsizliyi ilə bağlı təminat da istəmişdi. Mənbəmiz bildirir ki, Elşad Abdullayev məsələsini artıq yatırtmaq qərarını verən hakimiyyətin üst dairələri keçmiş rektora bununla bağlı ismarıc yollayıblar.

«Rektor aşkar surətdə yaxın qohumları ilə təhdid olunub və onun diqqətinə çatdırılıb ki, videoyayma fəaliyyətini durdurmalı və mətbuata açıqlamalarını dayandırmalıdır. Əks halda Bakıdakı yaxınlarının həyatını risq altında qoymuş olacaq».

Mənbəmiz bildirir ki, sabiq rektor rəsmi Baıdan gələn bu çağırışlara riayət etmək zorunda qalıb.

Geri qayıt