Əsas Səhifə > Hadisə > TOYDA YEDİ-İÇDİ VƏ SÜKAN ARXASINA OTURDU

TOYDA YEDİ-İÇDİ VƏ SÜKAN ARXASINA OTURDU


5-11-2012, 11:03
TOYDA YEDİ-İÇDİ VƏ SÜKAN ARXASINA OTURDU
16 YAŞLI SÜRÜCÜ QƏZA TÖRƏTDİ

Xaçmaz Quba yolunun 7-ci kilometrliyində ağır yol nəqliyyat hadisəsi baş verib. Bu barədə “Azadinform”a Xaçmaz rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, rayon ərazisində yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimindən çıxan Xaçmaz rayon Qaraçaycek kənd sakini 16 yaşlı Nicat Ağabalayev idarə etdiyi “VAZ 21 07” markalı nəqliyyat vasitəsi ilə Xaçmaz rayonunun Üçgün kənd sakini 35 yaşlı Yusif İsmayılova məxsus “VAZ 21 06” markalı avtomobillə toqquşub.

Hər iki yaralı Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Yaralılara tibbi yardımlar göstərilib.Onların vəziyyəti kafidir.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

Geri qayıt