Əsas Səhifə > Şou-biznes > AYGÜN KAZIMOVA BUNU DA ETDİ...

AYGÜN KAZIMOVA BUNU DA ETDİ...


5-11-2012, 10:57
AYGÜN KAZIMOVA BUNU DA ETDİ...
TANINMIŞ MÜĞƏNNİ “ÜÇ BACI”DA OYNAYACAQ

Xalq artisti Aygün Kazımova seriala çəkilir.

Lent.az-ın məlumatına görə, müğənni bu yaxınlarda “Space” telekanalından yayımlanacaq “Üç Bacı” serialında rol alıb.

Kənddən şəhərə köçən üç bacının, onların sevgililərinin və qonşularının başlarına gələn maraqlı, gülməli hadisələrdən bəhs olunan serialda Aygün Kazımova elə müğənni obrazında olacaq. Səadət obrazını canlandıran Dilarə Əliyeva aktrisa olmaq arzusu ilə yaşayır. Gündəmdə qalmaq üçün isə Aygün Kazımova ilə qalmaqal edir.

Qeyd edək ki, əməkdar artist Dilarə Əliyeva, əməkdar artist Tünzalə Əliyeva və aktrisa Ülviyyə Əliyevanın rol aldığı “Üç bacı” serialı yaxın günlərdə efirə gedəcək. Serialın ssenari müəllifi “Yalan-Doğru” verilişinin aparıcısı kimi tanın Vüqar Hüseynovdur.

Serialın quruluşçu rejissoru Səyavuş Hüseynli, baş prodüseri Oqtay Əliyev, quruluşçu operatoru Güney Azərbaycandan olan Aydin Şirinsifət, quruluşçu rəssamı Emil Mirzəyevdir.

Geri qayıt