Əsas Səhifə > Hadisə, Manşet > VASİF TALIBOV MÜFLİSLƏŞDİRİLİR

VASİF TALIBOV MÜFLİSLƏŞDİRİLİR


10-11-2011, 12:57
VASİF TALIBOV MÜFLİSLƏŞDİRİLİR

NAXÇIVAN XANI TEKSTİL BİZNESİNDƏN UZAQLAŞDIRILACAQ

DİA.AZ: - Hakimiyyətin əbədi simalarından biri kimi qəbul edilən Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun başı dərdə girib. Hər halda, bu xəbər əksəriyyət üçün inandırıcı olmaya bilər. Çünki dünənə qədər hakim komandanın ən etibarlı simalarından biri kimi qəbul edilən və birbaşa olaraq ölkə prezidenti ilə dost olduğu söylənilən Vasif Talıbovun hansısa formada hədəfə çevriləcəyi də ən az təxmin olunan gümanlar sırasındadır.

Amma redaksiyamıza daxil olan məlumatlardan bəlli olur ki, Vasif Talıbov Bakıdakı biznesini itirmə təhlükəsi ilə üz-üzə qalıb. «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) ötürülən məlumatda bildirilir ki, Vasif Talıbovun Bakıda böyük biznes şəbəkəsi var: «O, həm inşaat sektorundadır və həm də əsas olaraq tekstil biznesində. Hətta gəlin paltarları biznesi də Naxçıvan xanının kurasiyasındadır».

Mənbəmiz bildirir ki, son günlər inşaat sektorunda ciddi problemlərlə üzləşən Vasif Talıbovun tekstil biznesindən də sıxışdırılacağı gözlənilir: «Çünki artıq bu bizneslə hakim ailəyə çox yaxın çevrələr maraq göstərirlər və Mingəçevirdə böyük bir tekstil fabrikinin qurulması da planlaşdırılır».

Mənbəyə görə, ayrıca olaraq «Azərtekstil» şirkətinin yaradılması da planlar içindədir: «Bu quruma isə prezidentin əmisi oğlu, «ReadFARM» şirkətinin, «Karvan» Ticarət Mərkəzinin və eləcə də onlarla şirkətin sahibi İlqar Əliyevin rəhbərlik edəcəyi nəzərdə tutulur».


Geri qayıt