Əsas Səhifə > Ölkə > OQTAY ŞİRƏLİYEVİN RÜŞVƏT MAŞINI DAHA BİR CAN ALDI

OQTAY ŞİRƏLİYEVİN RÜŞVƏT MAŞINI DAHA BİR CAN ALDI


4-11-2012, 15:40
OQTAY ŞİRƏLİYEVİN RÜŞVƏT MAŞINI DAHA BİR CAN ALDI
İMİŞLİDƏ HAMİLƏ QADIN DÜNYASINI DƏYİŞDİ

Məlumata görə, İmişli Rayon sakini 20 yaşlı hamilə qadın rayon xəstəxanasının doğum şöbəsinin Südabə (soyadın dəqiqləşdirməkdəyik) adlı tibb bacısının ucbatından vəfat edib. Məlumata görə, hamilə qadının xəstəxanada doğumu keçirməsinə imkan verməyən Südabə qadını və yaxınlarını doğuşu evdə o özü keçirə biləcəyinə inandırıb.

Elə nə baş veribsə bundan sonra baş verib. Məlumatda qeyd edilir ki,tibb bacısı beş-on manat pul almağın dərdindən evdə doğuşu həyata keçirməyə çalışıb.Amma işi görə bilmədiyindən hamilə adın körpəni dünyaya gətirmədən dünyasın dəyişib.

Əldə etdiyimiz məlumata görə, ölən qadın İmişli Rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsinin əməkdaşı Xudaverdi adlı şəxsin qızıdı. Dünyasın dəyişən qadının yaxınlarının hüquq-mühafizə orqanlarına müraciət edib-etmədikləri hələlik bəlli deyil.

Mövzuya qayıtmaqla yanaşı,adı hallanan tibb bacısının da mövqeyin dərc etməyə hazırıq. \ "Vətəninfo.az" \

Geri qayıt