Əsas Səhifə > Ölkə, Manşet > MƏMURLARIMIZIN XƏSTƏLİYİ DÖVLƏT SİRRİDİR?

MƏMURLARIMIZIN XƏSTƏLİYİ DÖVLƏT SİRRİDİR?


4-11-2012, 14:31
MƏMURLARIMIZIN XƏSTƏLİYİ DÖVLƏT SİRRİDİR?
FAZİL MƏMMƏDOV XARİCƏ GETMƏYƏ HAZIRLAŞIR

DİA.AZ: - Dövlət məmurlarının səhhəti istənilən cəmiyyətdə diqqətlə izlənilir. Bunu nəzərə alaraq, bizdə dövlət məmurlarının, əsasəndə nazirlərimizin sağlıq durumu ilə maraqlandıq. Onu da bildirək ki, son günlər Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin səhhətində ciddi problemlərin yaranması haqda məlumatlar yayılıb.

Qeyd edək ki, dövlət adamlarının səhhətində ki, durumu öyrənmək çox çətindir. Çünki onların müalicə olunduğu yerlər məlumatların qapalı qalmasında maraqlıdırlar. Hətta bu günlərdə Razmi Mehdiyevin ölkədə olmaması və onun Almaniyada müalicə olunması ilə bağlı məlumatlara Ramiz Mehdiyevin sözçüsü kimi tanınan Prezident Administrasiysının şöbə müdiri Əli Həsənov tərəfindən çox sərt reaksiya verilmişdi ki, bu da anlaşılan deyil. Hər halda, bu gün bizi idarə edənlər də insandır və onlar da xəstələnə bilərlər. Və nəzərə alınmalıdır ki, onlar haqqında məlumatlar ictimaiyyət üçün çox maraqlıdır. Buna baxmayaraq, bir neçə il öncə dövlət xəstəxanalarında müalicə olunan bəzi nazirlərimizin kimliyini və xəstəliklərinin adını öyrənə bildik. Beləliklə Ramiz Mehdiyevin şəkər xəstəliyindən və prostat xərçəngindən, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qara ciyərindəki problemlərindən, vergilər naziri Fazil Məmmədovun şəkər xəstəliyindən, kənd təsərrüfatı naziri İsmət Abbasovun qara ciyər və böyrək xəstəliyindən, təhsil naziri Misir Mərdanovun təzyiq və ürək ağrılarından, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin təzyiqdən, müdafiə sənayesi Yavər Camalovun ürəyindəki ağrılardan əziyyət çəkdikləri söylənilir.

Bununla yanaşı bunuda müəyyənləşdirdik ki, dövlət məmurlarının 70 faizə qədərində şəkər xəstəliyi, 80 faizində isə təzyiq xəstəliyi var. Bundan başqa orta səviyyəli məmurlar varkı onların əksəriyyətində prostat vəznində ciddi problemlər yaranıb. Yeri gəlmişkən qeyd edək ki, şəkər xəstəliyi əsasən qorxudan yaranır.

Bu arada redaksiyamıza daxil olan son məlumatlardan isə aydın olur ki, vergilər naziri Fazil Məmmədovun səhhətində də problemlər şiddətli xarakter alıb və yaxın günlərdə onun müalicə məqsədilə yenidən Moskvaya gedəcəyi gözlənilir.

Geri qayıt