Əsas Səhifə > Ölkə, Manşet > CAVİD QURBANOV BAHALI "LÜSTURU" NİYƏ BƏYƏNMƏYİB?

CAVİD QURBANOV BAHALI "LÜSTURU" NİYƏ BƏYƏNMƏYİB?


1-11-2012, 13:37
CAVİD QURBANOV BAHALI "LÜSTURU" NİYƏ BƏYƏNMƏYİB?
"AZƏRYOLSERVİS" ŞEFİ DAHA BAHALISNI İSTƏYİB

DİA.AZ: - Deputat Cavid Qurbanovun iri kapitala malik oliqarxlardan birinə çevrilməsi hər kəsə bəllidir. Onun şah saraylarını xatırladan villaları, bahalı avtomobilləri, müğənnilərə milyonlarla pul xərcləməsi və s. barədə çox yazılıb. Bu gün isə "Azəryolservis" şefinin özəllikləri barədə daha bir maraqlı məlumat daxil olub.

DİA.AZ bildirir ki, bu günlərdə Cavid Qurbanov Bakının Maştağa qəsəbəsində inşa etdirdiyi villasına Dubaydan bahalı çilçiraq sifariş edib. Aidiyyatı şirkətlərdən biri də Cavid Qurbanovun öz məhsulunu təklif edib. Mənbənin sözlərinə görə, həmin şirkətin təklif etdiyi çilçiraqın dəyəri 180 min dollar olub. Lakin şirkətin məhsulu Cavid Qurbanovu qane etməyib. "Cavid Qurbanov bundan da yaxşı "lüstür" istədiyini bildirib",- deyə mənbə bildirdi.

Yada salaq ki, bir neçə gün öncə "Azəryolservis" ASC-nin rəhbəri, deputat Cavid Qurbanov Bakının Mağatağa qəsəbəsində özünə təmtəraqlı villa inşa etdirdiyi və həmin villanın həyatyanı sahəsi üçün Gürcüstandan xüsusi torpaq gətirdiyi barədə xəbər vermişdik.

Zəruri qeyd: Deputatın 180 min dollarlıq çilçiraq bəyənmədiyi bir ölkədə əhali yoxsulluq həddində yaşayır.

Geri qayıt