Əsas Səhifə > Güney Press, Araşdırma > CƏLİLABAD TƏHSİL ŞÖBƏSİ YOXLANILIR

CƏLİLABAD TƏHSİL ŞÖBƏSİ YOXLANILIR


1-11-2012, 11:56
CƏLİLABAD TƏHSİL ŞÖBƏSİ YOXLANILIR
ŞÖBƏ MÜDİRİ HƏBS OLUNA BİLƏR

Redaksiyamıza Cəlilabad rayon təhsil şöbəsinin müdiri Ədalət Əsgərovla bağlı ilginc məlumatlar daxil olub. Məlumatlara görə, son üç gün ərzində Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları rayonda 20-yə yaxın məktəbdə yoxlamar aparıb. Yoxlamalar nəticəsində isə rayon təhsilində 2 milyon manat yayintinin aşkarlandığı bildirilir.

"AzeriNews.org"a daxil olan məlumatlarda qeyd edilir ki, Ədalət Əsgərov royon məktəblərində əlavə dərs saatları o cümlədən müəllim şatatları yaradıb. Elə bu yolla təhsil şobəsinin müdiri 2 milyon manata yaxın dövlət büdcəsini mənimsəyib. Məlumatlarda həmçinin bildirilir ki, Ədalət Əsgərovun rəhbərlik etdiyi təhsil şöbəsindəki qara işləri bir müddət əvvəl bacısı oğlu aparıb. Lakin Ədalət Əsgərovun bacısı oğlu sonradan hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün həbs edilib. Bu həbsdən sonra isə rayon təhsilində baş verən maxinasiyaların üstü açılıb.

Redaksiyamız digər mənbələrdən əldə etdiyi məlumatlarda isə bildirilir ki, Cəlilabad rayon təhsilində ciddi yoxlamalara artıq start verilib. Məsələni ört-basdır edilməsi istiqamətində isə Ədalət Əsgərov müxtəlif vasitələr axtarır. Mənbənin dediklərinə görə, Cəlilabad təhsilində baş verən özbaşınalıqlar müəllimlərin də etirazına səbəb olub.

Məsələ ilə bağlı Ədalət Əsgərovla əlaqə saxladıq. Ədalət Əsgərov son 5 ildə rayon təhsilində hər hansı bir qurum tərəfindən yoxlamalar aparılmadığını və yayılan məlumatların yalan olduğunu bildirdi.

Geri qayıt