Əsas Səhifə > Partiya > 2 NOYABR AKSİYASINA İCAZƏ VERİLMƏDİ

2 NOYABR AKSİYASINA İCAZƏ VERİLMƏDİ


1-11-2012, 11:19
2 NOYABR AKSİYASINA İCAZƏ VERİLMƏDİ
MERİYADAN RƏDD CAVABI GƏLİB

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İctimai Palatanın (İP) noyabrın 2-nə təyin etdiyi aksiya ilə bağlı müraciətə cavab verib.

İP katibi Gülağa Aslanlının APA-ya verdiyi məlumata görə, şəhər rəhbərliyi cavab məktubunda qurumun Milli Məclisin qarşısında piketin keçirilmək istəyini məqsədəuyğun saymayıb. Bundan əlavə, aksiyanın keçirilməsi üçün başqa yer də təklif etməyib.

G. Aslanlı qeyd edib ki, İP aksiyanı keçirməkdə israrlı olduğundan BŞİH-in cavabını qəbuledilməz sayır. O bununla bağlı yaxın iki gün ərzində İP-də ayrıca müzakirələrin aparılacağını da deyib

Qeyd edək ki, İP noyabrın 2-də saat 12.00-da Milli Məclisin binası qarşısında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna ediləcək dəyişikliklərə etiraz olaraq, “Sərbəst toplaşma azadlığına qoyulan qadağaya yox deyirik!” şüarı ilə piket keçirəcək.

Geri qayıt