Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİMİZİN AD GÜNÜNDƏ "HOME PARTY"

MÜĞƏNNİMİZİN AD GÜNÜNDƏ "HOME PARTY"


1-11-2012, 10:06
MÜĞƏNNİMİZİN AD GÜNÜNDƏ "HOME PARTY"
BELƏ DƏ FƏRQLƏNİRLƏR

Milli.Az xəbər verir ki, populyar estrada müğənnisi Murad Sadıx noyabrın 5-də qeyd edəcəyi növbəti doğum gününü daha yaddaqalan etmək niyyətindədir.

Əməkdaşımıza verdiyi açıqlamasında Murad fərqliliyi barəsində bunları söylədi: "Bəlkə də, oxuculara qəribə gəlməyəcək, çünki hamı bir nəfər kimi ad gününü restoranlarda keçirmir. Amma bu sözləri səhnə adamlarına şamil etmək olmaz. Əsasən, müğənnilər şəxsi bayramlarını təntənəli şəkildə qeyd etmək üçün bir-biriləri ilə yarışırlar. Düzünü desəm, mən də ötən ilə kimi bu yarışda idim (gülür).

Bu ad günümdə seçilmək qərarına gəlmişəm. Və məşhur dostlarımızı evimizə dəvət edib, "home party" edəcəyəm. Qonaqlarımın kimliyini açıqlamaq istəmirəm. Qoy məclis olsun, sonra daha ətraflı danışaram".

Geri qayıt