Əsas Səhifə > Ölkə > MÜDAFİƏ NAZİRLİYİ ERMƏNİ GENERALA CAVAB VERDİ

MÜDAFİƏ NAZİRLİYİ ERMƏNİ GENERALA CAVAB VERDİ


10-11-2011, 11:44
MÜDAFİƏ NAZİRLİYİ ERMƏNİ GENERALA CAVAB VERDİ

“GÖRƏSƏN KARAPETYAN DEDİKLƏRİNƏ HEÇ OLMASA ÖZÜ İNANIRMI?”

«Maraqlıdır, görəsən Karapetyan dediklərinə heç olmasa özü inanırmı? Biz dəfələrlə ermənilərin yalan və şişirdilmiş bəyanatlarını eşitmişik. Amma bu dəfə deyilənlər bəyanatdan daha çox nağıla bənzəyir”.

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev Ermənistan Silahlı Qüvvələrinin Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Arşak Karapetyanın mətbuata müsahibəsində Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

A. Karapetyan müsahibəsində bildirib ki, Qarabağ müharibəsindəki qələbəni erməni kəşfiyyatının Azərbaycan kəşfiyyatı üzərində qələbəsi kimi də qiymətləndirmək olar.

Ermənistan Ordusunun Azərbaycan Ordusundan üstün olduğunu təkrar-təkrar vurğulayan A. Karapetyan düşmən barədə hər şey, hətta kimin hansı restoranda hansı kokteyli içdiyi barədə belə məlumatları olduğunu qeyd edib.

T. Abdullayev isə hesab edir ki, Ermənistanda hökm sürən sosial-iqtisadi, hərbi-siyasi böhran kəşfiyyat rəisinə də təsirsiz ötüşməyib: “Ona görə də daxili publikaya hesablanmış belə bəyanat verib. Əsl kəşfiyyatçı danışıb, özünü tərifləyib gözə soxmaz. Əksinə, onun işi əməlində olar və elə edər ki, maksimum dərəcədə izi görünməsin. Yaxşı olar ki, Karapetyan belə qeyri-ciddi bəyanatlar verməkdənsə naftalin iyi gələn sınıq-salxaq kəşfiyyat avadanlıqlarını təzələməyə çalışsın. Belə də onların bütün əməlləri, danışıqları, hərəkətləri ortadadır. O restorandan kokteyldən danışır, amma öz evlərinin içində baş verənlərdən bəlkə də xəbərsizdir”.


Geri qayıt