Əsas Səhifə > Hadisə > BAKIDA 10 EV YANDI

BAKIDA 10 EV YANDI


10-11-2011, 11:42
BAKIDA 10 EV YANDI

XOŞBƏXTLİKDƏN ÖLƏN OLMAYIB

Bakıda güclü yanğın olub. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.

Hadisə bu gün səhər saatlarında Yasamal rayonu, 2-ci Alatava yaşayış massivində qeydə alınıb. Bir-birinə bitişik yaşayış evlərindən birində baş verən yanğın tezliklə qonşu tikililərə keçib. Nəticədə 10-dan çox ev yanaraq yararsız hala düşüb. Hadisə yerinə 20-dən çox yanğınsöndürən maşın cəlb edilib. Yanğının qarşısını tez bir zamanda almaq mümkün olub.

İlkin ehtimala görə, yanğına qısa qapanma səbəb olub. Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt