Əsas Səhifə > Cəmiyyət > AĞSTAFADA QULİYEV-TATAROV-ƏKBƏROV TALANÇILIĞI
AĞSTAFADA QULİYEV-TATAROV-ƏKBƏROV TALANÇILIĞI31-10-2012, 12:51 |
İCRA BAŞÇISI VƏ ONUN "UZUN ƏLLƏRİ" Ağstafada əhalinin narazılığı günü gündən böyüməkdədir. Rayon sadəcə İcra başçısı, onun müavini və maliyyə şöbəsinin müdiri tərəfindən talan olunur. Bu barədə Ağstafadan PİA.AZ-a daxil olan məlumatda bildirilir ki, Ağstafa rayon icra başçısı Məhərrəm Quliyev açıq şəkildə və heç bir şeydən çəkinmədən rayonu talan etməklə məşğuldur. Bildirilir ki, bu işdə onun «sağ və sol əlləri» İcra Hakimiyyətinin birinci müavini Ramiz Tatarov və rayon maliyyə şöbəsinin müdiri Vaqif Əkbərovdur. Məlumata görə Rayonun bütün sahələrində olan yeyintilər Məhərrəm Quliyev, Ramiz Tatarov və Vaqif Əkbərovun rəhbərlikləri altında həyata keçirilir. Belə ki, rayonun sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən ayrılan vəsait Vaqif Əkbərovun təşkilatçılığı ilə mənimsənilir və üçlük arasında bölünür. Rayonda bu günə qədər heç bir abadlıq işləri aparılmayıb. Buna baxmayaraq davamlı olaraq abadlıq işləri adı altında idarə müəssisə rəhbərlərindən, həmçinin biznes stukturlarından pul yığılır. Bu işləri isə birbaşa Ramiz Tatarov həyata keçirir. Qeyd olunur ki, Ramiz Tatarov 15 ilə yaxındır ki, icra birinci başçısının müavini vəzifəsində çalışır və bir neçə başçını yola salıb. Ona görə də Ramiz Tatarov bu vəzifədə olduğu müddət ərzində özünə geniş sərvət toplayıb, bu sərvəti hesabına rayon icra başçılarını məharətlə öz təsiri altına sala bilir. Məlumatda bildirilir ki, rayonun istənilən sahəsində rüşvət və korrupsiya halları tüğyan edir. Bu rayonda təhsil, səhiyyə, mədəniyyət və digər sahələr çox ağır durumdadır. Bunun müqabilində isə icra başçısı Məhərrəm Quliyev öz əlaltıları vasitəsi ilə ancaq idarə və təşkilat rəhbərlərindən, həmçinin dükan bazarlardan pul toplamaqla məşğuldur. Şikayətlərə isə demək olar ki, baxan yoxdur. Hər cür özbaşınalıqlar isə ört-basdır olunur. Yuxarı dairələrə edilən şikayətlər isə icra başçısının müdaxiləsi əsasında öz ünvanına yetişmir. Yəni icra başçısı poçt şöbəsini tam nəzarəti altında saxladığı üçün heç bir şikayət ünvana çatmır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq… Geri qayıt |