Əsas Səhifə > Güney Press, Araşdırma > "ÇİKO"DAN ƏDƏBSİZLİYİN TƏBLİĞATI

"ÇİKO"DAN ƏDƏBSİZLİYİN TƏBLİĞATI


31-10-2012, 12:23
"ÇİKO"DAN ƏDƏBSİZLİYİN TƏBLİĞATI
ŞİRKƏT ÖZ MƏHSULLARINI SIRIMAĞIN YENİ YOLUNU TAPIB

Azərbaycanda fəaliyyət göstərən və son günlər metroda, telekanallarda geniş şəkildə reklam olunan "Çiko" günəbaxan tumları olduqca təhlükəli və ədəbsizliyi təbliğ edən bir yola baş vurub.

"Çiko" tumlarının reklamında gənc qızla nişanlısı arasında dialoqdan bəhs olunur və qızın günəbaxan tumuna görə öz nişanlısını aldatması nümayiş etdirilir. Belə ki, xəstə olduğunu, boğazı ağrıdığını, hərarətinin olduğunu bəhanə edən qız günəbaxan tumlarına görə, nişanlısını aldadır.

Qeyd edək ki, ilk baxışdan burada qeyri-adi nəsə diqqəti çəkmir. Amma reklam təbliğat vasitəsi olduğundan işin içində başqa səbəblərin olduğunu görməmək mümkün deyil. Əvvəla, bir gənc qızın öz nişanlısını aldatmasının təbliğ edilməsi heç bir ədəb və əxlaq normalarına sığmır. İkincisi, bu reklamdan belə başa düşülür ki, azərbaycanlı qızlar hətta 100 qramlıq günəbaxan toxumuna görə, nişanlılarını, həyat yoldaşlarını alda və ya onlara xəyanət edə bilər.

"Çiko"nun istehsalçıları bütün bunları nəzərə almadan məhsullarını reklam etməkdədir. Görünür, bu şirkətin reklam işlərinə nəzarət edən şəxslər Azərbaycan dəyərlərindən bixəbərdirlər və nəyi təbliğ etdiklərinin də fərqində deyillər. \ tia.az \

Geri qayıt