Əsas Səhifə > Dünya > OKEANIN O TAYINDAN AVROPAYA ÖGEY MÜNASİBƏT

OKEANIN O TAYINDAN AVROPAYA ÖGEY MÜNASİBƏT


10-11-2011, 11:22
OKEANIN O TAYINDAN AVROPAYA ÖGEY MÜNASİBƏT

NAMİZƏDLƏR KÖMƏKDƏN İMTİNANI MƏQBUL BİLİR

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizədlər belə bir yekdil fikri dəstəkləyirlər ki, Birləşmiş Ştatlar borc böhranının cənginə aldığı Avropaya kömək göstərməkdən imtina etməlidir. Bu barədə RBK agentliyi xəbər verir.

Prezidentlik kürsüsü uğrunda rəqiblər Mitt Romni və German Keyn güman edirlər ki, Avropa hakimiyyətləri böhrandan özləri çıxmalıdırlar. "Avropa borc böhranının öhbdəsindən gəlmək üçün tam müstəqildir. ABŞ nə onların banklarının, nə də hakimiyyətlərinin xilası üçün vəsait ayırmamalıdır", - Romni bəyan edib.

Bu ərəfələrdə İtaliyanın 10 illik dövlət istiqrazlarının bazar gəlirliliyi rekord 7 faiz səviyyəsinə çatıb ki, bu da Avropa və Amerika birjalarında çaxnaşmaya səbəb olub.


Geri qayıt