Əsas Səhifə > Güney Press, Reklam > DİA.AZ ADINDAN OXUCULARA MÜRACİƏT

DİA.AZ ADINDAN OXUCULARA MÜRACİƏT


31-10-2012, 11:48
DİA.AZ ADINDAN OXUCULARA MÜRACİƏT
PORTALIMIZIN DOST DƏSTƏYİNƏ EHTİYACI VAR

DİA.AZ: - Keçən ilin 14 sentyabr tarixindən etibarən fəaliyyət göstərən «Dünya» İnformasiya Agentliyi redaksiyası bu müddət ərzində öz oxucularına sadiq qalmağa, onları zamanında baş verənlərdən xəbərdar etməyə çalışıb. Və güman edirik ki, buna müəyyən qədər nail olmuşuq. Əgər belə olmasaydı, bu gün DİA.AZ-ın genişlənməsi zərurəti meydana çıxmazdı.

DİA.AZ olaraq bildiririk ki, portalımız ilk əvvəldən daha az pul sərf edərək formalaşdığından bu gün böyük oxucu kütləsini qəbul edəcək texniki imkanlara malik deyil. Bir sözlə, saytımızın yenilənməsi zərurəti meydana gəlib və bunun üçün bir sıra texniki işlər həyata keçirmək zorundayıq.

Amma maləsəf, bizlər də jurnalist cameəsinin ənənəvi böhranlı günlərini yaşadığımızdan belə bir imkanlara malik deyilik. Və ümid edirik ki, DİA.AZ-ın fəaliyyətini davam etdirməsini arzulayan hər bir oxucumuz portalımızın daha da böyüməsi naminə öz yardımını bizdən əsirgəməyəcək.

Başa düşürük ki, bizim bu müraciətimiz kimlərsə tərəfindən müxtəlif istiqamətlərə yozula bilər. Amma biz buna da hazırıq. Hər halda, heç bir siyasi qüvvəyə, qaranlıq çevrəyə, iqtisadi struktura söykənməyən, sponsoru, himayədarı olmayan bir portalın yeganə güvəndiyi ünvan məhz oxucular olduğundan bizlər də sizə ağız açmağı kimlərinsə qapısını döyüb üzərimizə hansısa öhdəliyi götürməkdən üstün tutduq.

Redaksiyamızla əlaqə telefonu aşağıdakıdır: 070 202 30 39

Bir daha bildiririk ki, bu müraciətimizi lütfən anlaqlı qəbul edin. Bu gün DİA.AZ-da çalışan əməkdaşlar əsl fədakarlıq nümayiş etdirir... Sizin naminə... Sizdən də fədakarlıq gözləyirik... Azərbaycanımız naminə...

Geri qayıt