Əsas Səhifə > Güney Press, Araşdırma > CAHANGİR ƏSGƏROV DA FAZİL MƏMMƏDOVLA DÖYÜŞÜR

CAHANGİR ƏSGƏROV DA FAZİL MƏMMƏDOVLA DÖYÜŞÜR


31-10-2012, 10:59
CAHANGİR ƏSGƏROV DA FAZİL MƏMMƏDOVLA DÖYÜŞÜR
“AZAL” ŞEFİNİN BANKI İLƏ NAZİRLİK ARASINDA QALMAQAL

Ölkənin ən iri 10 bankı arasında olan və səhmlərinin 30 faizinə yaxını «Dövlət Hava Yolları» ASC-nin (AZAL) sədri Cahangir Əsgərovun nəzarət etdiyi bir şirkətə (“Silk Way Airlines” LTD) bağlı olan “Bank Silk Way” ASC yenidən vergi orqanları ilə məhkəmə çəkişməsindədir.

Bu barədə mia.az-a daxil olan məlumatda bildirilir ki, “Bank Silk Way” ASC -yə qarşı Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti tərəfindən vergidən yayınma ilə bağlı sərt qərarlar qəbul olunub. Elə bu səbəbdən də bank rəhbərliyi ilə nazirlik arasında qalmaqal başlanıb. İri məbləğdə vergidənyaınma ilə bağlı məsələ artıq bir neçə məhkəmə instansiyasını da keçib.

Məlumata görə, bankın hüquqi müstəvidəki şikayətini əvvəlcə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsi araşdırıb. Ötən həftə isə Bakı Apellyasiya Məhkəməsində hakim Vidadi Məmmədovun sədrliyi ilə nazirliklə bankın çəkişməsi araşdırılıb: «Hakim Vidadi Məmmədov birinci məhkəmə instansiyasının qətnaməsini qüvvədə saxlamaqla, bankla nazirliyin çəkişməsinin Ali Məhkəməyə «daşınması»na rəvac» verib».

Geri qayıt