Əsas Səhifə > Partiya > RƏSUL QULİYEV NƏHAYƏT QƏRARGAHLA BAĞLI DANIŞDI

RƏSUL QULİYEV NƏHAYƏT QƏRARGAHLA BAĞLI DANIŞDI


31-10-2012, 10:37
RƏSUL QULİYEV NƏHAYƏT QƏRARGAHLA BAĞLI DANIŞDI
“OBYEKT SAHİBİ MƏNİ DƏSTƏKLƏYƏN ŞƏXSDIR”

Azərbaycanın eks-spikeri, hazırda Amerikada mühacirətdə yaşayan Rəsul Quliyev lideri olduğu Açıq Cəmiyyət Partiyasının yerləşdiyi qərargahın onlardan geri alınması ilə bağlı yaranan qalmaqala aydınlıq gətirib. Sabiq spiker Modern.az saytına açıqlamasında mətbuatda yazılan məlumatları təkzib edərək, qərargahın partiya üzvlərindən birinə məxsus olduğunu deyib.

“Mətbuatda yazılanlarla həqiqət arasında dibi görünməz uçurumlar olur. Ümumiyyətlə, bu haqda jurnalistlərə demək istərdim ki, “əgər mənim əleyhiməsənsə, zəhərimi tökəcəyəm” prinsipi ilə işləməyi məsləhət görməzdim. Qərargahla əlaqədar yazını nəzərdə tutursunuzsa, fikir söyləmək şansında deyiləm. Bilirəm ki, oranın sahibi ACP-nin üzvüdür və mənim ideyalarımı dəstəkləyəndir. Qərargahı zorla almaq istəməkdən söhbət gedirsə, burada təəccüblü heç bir şey yoxdur. İndi seçkiqabağı aqoniya yaxınlaşdığından hökümətin daxilində intriqalar çox yüksək səviyyədədir. Məsələn, Moskvada yaranmış təşkilata kimlərinsə aqressiv münasibəti bir quvvəyə qulliq edirsə, ACP-yə guya kiminsə qərargah verməsinə münasibət başqa quvvənin marağındadır”, -deyə R.Quliyev məsələyə münasibət bildirib.

Xatırladaq ki, ACP-nin paytaxtın Nərimanov rayonunda yerləşən qəragahının hakimiyyətə yaxın şəxsə məxsus olması və eləcə də icarə əsasında Rəsul Quliyevin partiyasına verilən obyektin geri alınması haqda mətbuatda müxtəlif məlumatlar yayılıb. Hətta ACP-nin qərargah üçün aylıq 7 min dollar icarə haqqı ödədiyi də yayılan məlumatlar sırasındadır.

Geri qayıt