Əsas Səhifə > Şou-biznes > "O, MƏNİ GÖRƏNDƏ HƏYƏCANINI GİZLƏDƏ BİLMİR" (VİDEO)

"O, MƏNİ GÖRƏNDƏ HƏYƏCANINI GİZLƏDƏ BİLMİR" (VİDEO)


9-11-2011, 15:17
"O, MƏNİ GÖRƏNDƏ HƏYƏCANINI GİZLƏDƏ BİLMİR" (VİDEO)

"MƏN MƏGƏR ZƏİF SÖZ DEYİRƏM? NİYƏ ƏL ÇALMIRSINIZ?!"

"Sözümüz sözdür" - hər həftənin cümə axşamı saat 22:15–də, "Space" TV-də.
Noyabrın 10-u saat 22:15-də "Space" TV-də yayımlanacaq "Sözümüz sözdür" meyxana yarışmasında ikinci turun son görüşü keçiriləcək. Bakının Qaradağ rayonunun təmsilçisi Niyaz Qaradağlı cənub bölgəsinin söz ustası Rüfət Lənkəranlı ilə qarşılaşacaq. Verilişin axırında ikinci tura və gələn sms-lərə son veriləcək. Növbəti həftə isə yarımfinala vəsiqə alan dörd meyxanaçının adı açıqlanacaq.

Müzakirələrə səbəb olan deyişmə

Ötən həftə Mehman Əhmədliyə dəstək olmaq üçün verilişə gələn Elşən Xəzərlə Ağamirzə arasında qızğın meyxana deyişməsi verilişdən sonra müzakirələrə səbəb oldu. Verilişə cəm olan tamaşaçıların deyişmə zamanı Ağamirzəni alqışlamaları qarşı tərəfi əsəbləşdirdi. Elşən üzünü tamaşaçılara tutaraq irad bildirdi: "Mən məgər zəif söz deyirəm? Niyə əl çalmırsınız?!"

Verilişdən sonra Space TV-nin "Bazar" verilişinə açıqlama verən Elşən Xəzər bunları söylədi:

"Ağamirzə köhnə sənətkardır. Kifayət qədər də təcrübəsi var. Amma mən ondan heç də zəif meyxana demədim. Sadəcə olaraq bu gün buraya cəm olan tamaşaçılar Ağamirzənin həvəskarları idi. Bu səbəbdən də onu alqışlayırdılar. Meyxana aləmində belə hallar çox olur və normal qarşılanır. Əslində, mən əsəbləşməmişdim. Tamaşaçılara irad bildirməklə məclisi qızışdırdım. Alqışlar daha da gücləndi. Mən isə buna sevinirdim. Çünki bütün bu alqışlar meyxana sənətinə yönəlmişdi.

Amma bizim öz aramızda olan rəqabət hələ sona yetməyib. O məni görəndə həyəcanlanır. Bunu tamaşaçılar da təsdiq edirlər. Mən üzümü Ağamirzəyə tutub deyirəm: "Bu, bizim son görüşümüz deyildi. Hələ çempionatın qurtarmasına vaxt var. Mən hələ buraya çox gələcəm və sənə sənətimi sübut edəcəm! Gözləməkdə ol!"




Geri qayıt