Əsas Səhifə > Hadisə > "YAXT KLUB" DA PLANA DÜŞDÜ

"YAXT KLUB" DA PLANA DÜŞDÜ


9-11-2011, 15:09
"YAXT KLUB" DA PLANA DÜŞDÜ

YAXIN GÜNLƏRDƏ KÖÇÜRÜLMƏ QƏRARI VERİLƏCƏK

Yaxın gələcəkdə Dəniz Kənarı Milli Park ərazisində yerləşən Yaxt Klub köçürüləcək. Dövlət Şəhər salma və Arxitektura komitəsinin sədr müavini Dövlətxan Dövlətxanovun verdiyi məlumata görə, Dəniz Kənarı Milli Parkın ərazisinin genişləndirilməsi ilə əlaqədar olaraq "Yaxt Klub"un yeri dəyişdirilərək Ələt istiqamətində sahil zonasında yenidən inşa edilməsi nəzərdə tutulur.

Əvvəlki görkəmindən bir qədər fərqlənəcək “Yaxt Klub”un yeni quruluşu tam Avropa standartlarına uyğun olacaq. Hazırki restoranın yerində isə yalnız sakinlərin istirahəti üçün dənizin içərisinə doğru park salınacaq.

Qeyd edək ki, “Yaxt Klub”-un köçürülməsi Bakının yeni Baş Planına daxildir və köçürülmə işlərinin 2030-cu ilə kimi başa çatması nəzərdə tutulub.


Geri qayıt